Accessibility links

Mehman Hüseynov azadlığa buraxılmayıb [Video]


Mehman Hüseynov azadlığa buraxılmayıb
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Mehman Hüseynov azadlığa buraxılmayıb

Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb

Dekabrın 15-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun şikayəti üzrə məhkəmə iclası davam edib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda M.Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış ediblər. Onlar M. Hüseynov barəsində bəraət qərarının çıxarılmasını istəyiblər.

İclasda çıxış edən xüsusi ittihamçının nümayəndəsi Əlirza Əbilov şikayətin əsassız olduğunu və təmin edilməməsini istəyib.

Xahiş yox, tələb edirəm. Mənim hər hansı cinayətim yoxdur və məhkəmədə sübut olunmayıb. Bəraət tələb edirəm.

M.Hüseynov çıxışında ittihamı əsassız adlandırıb və bəraət hökmünün çıxarılmasını xahiş edib.

"Mən jurnalist fəaliyyətimə görə həbs edilmişəm. "Sancaq production" səhifəsini idarə edirəm və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstititunun (RATİ) rəhbəriyəm. RATİ-nin birinci sədri Emin Hüseynov ölkədən didərgin salınıb, iikinci sədri rasim Əliyev öldürülüb, üçüncü sədri də mənəm. Məhkəmədən bəraət və həbsdə olduğum hər günə görə təzminat istəyirəm. Təzminatın yarısını sizinlə böləcəm," o üzünü məhkəmə heyətinə tutaraq bildirib.

Hüseynovun çıxışı zalda gülüşlə qarşılanıb və bu zaman sədrlik edəb bir neçə şəxsi məhkəmə zalından çıxarıb.

Sədrlik edən hakim Mehman Hüseynovun son çıxışında məhkəmədən nə xahiş etdiyini soruşub.

"Xahiş yox, tələb edirəm. Mənim hər hansı cinayətim yoxdur və məhkəmədə sübut olunmayıb. Bəraət tələb edirəm," o, qeyd edib.

Həbsindən öncə video-blogger Mehman Hüseynov yüksək rütbəli məmurların sərvəti haqda reportajlar hazırlayırdı.
Həbsindən öncə video-blogger Mehman Hüseynov yüksək rütbəli məmurların sərvəti haqda reportajlar hazırlayırdı.

Hakim heyəti Hüseynovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynovun həbsinə onun bu ilin yanvarında polis idarəsində işgəncəyə məruz qalması barədə bəyanatları səbəb olub. Buna cavab olaraq Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtan haqqında iddia qaldırıb.

Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

XS
SM
MD
LG