Accessibility links

Jurnalist 200 manat cərimə olunaraq məhkəmə zalında azadlığa buraxılıb [Audio-Müsahibə]


Əvəz Zeynallı
Əvəz Zeynallı

Əvəz Zeynallı dekabrın 19-da saxlanılmışdı

Bakının Binəqədi rayon Məhkəməsi hakim Rəşad Əliyevin sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 200 manat cərimə edərək məhkəmə zalında azadlığa buraxıb. Bu barədə Zeynallının özü Amerikanın Səsinə müsahibəsində bildirib.

Əvəz Zeynallının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Məhkəmə açıq olsa da zala ictimaiyyətin nümayəndələri və jurnalistlər buraxılmayıb.

Zeynallı dekabrın 19-da axşam saatlarında Binəqədi şossesinin bağlanması ilə bağlı sosial şəbəkədə canlı yayım yaratmaq istəyərkən saxlanılıb. O, Binəqədi rayon Polis İdarəsinə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) iş qaldırılıb.

Binəqədi şossesində son bir neçə ay ərzində yenidənqurma işləri aparılır. Şosse müxtəlif vaxtlarda qismən və ya bütövlükdə bağlı olur. Yol bağlanarkən böyük avtomobil tıxacları yaranır. Ərazidə yaşayan on minlərlə insan evlərinə ya piyada getməli olur, ya da avtomobillə uzun məsafə qət edir.

XS
SM
MD
LG