Accessibility links

Qulu Məhərrəmli: Jurnalistikanı təbliğat-təşviqata çevirmək yolverilməzdir [Video-müsahibə]


Qulu Məhərrəmli: Jurnalistikanı təbliğat-təşviqata çevirmək yolverilməzdir
please wait

No media source currently available

0:00 0:07:16 0:00

Qulu Məhərrəmli: Jurnalistikanı təbliğat-təşviqata çevirmək yolverilməzdir

Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Amerikanın Səsinə müsahibəsində media azadlığından danışıb

Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində ölkədə söz və media azadlığının durumundan danışıb.

Amerikanın Səsi: 2017-ci ilin yekununda Azərbaycanda söz və mətbuat azadlığının durumunu necə xarakterizə edərdiniz? 2016-cı illə müqayisədə irəliləyişlər barədə düşünmək olarmı?

Turan kimi informasiya agentliyinin rəhbəri Mehman Əliyev miqyaslı bir jurnalisti həbs etmək, özü də uydurma vergi ödəməmək bəhanəsi ilə həbs etmək, hər halda söz və mətbuat azadlığı ilə bağlı gedən tendensiyanın hansı istiqamətə yönəldiyini göstərir.

Qulu Məhərrəmli: Təəsüflə demək lazımdır ki, son illərdə söz və mətbuat azadlığında problemlər çoxalmağa meyllidir. O mənada hesab edirəm ki, 2017-ci ildə də söz və mətbuat azadlığı ilə bağlı bəzi ciddi problemlər oldu. Bu, birinci növbədə təkcə qəzetlərə, televiziyalara aid deyil. İnternet resursları sahəsində də bir sıra problemlər oldu. Bunlardan biri blogerlərlə bağlı idi. Hesab edirəm ki, yola saldığımız ildə Turan kimi informasiya agentliyinin rəhbəri Mehman Əliyev miqyaslı bir jurnalisti həbs etmək, özü də uydurma vergi ödəməmək bəhanəsi ilə həbs etmək, hər halda söz və mətbuat azadlığı ilə bağlı gedən tendensiyanın hansı istiqamətə yönəldiyini göstərir. Bu çox pis hadisədir. Daha sonra bloger Mehman Hüseynovun, - belə deyərdim ki, çox saxta ittihamla həbs olunması, guya polis haqqında uyğun olmayan infomasiya verməsi, - bunlar hamısı xoşagəlməz tendensiyalardır. Bunların hamısı istər-istəməz mətbuat azadlığı ilə bağlı düşüncələrdə çox ciddi bir məyusduq yaradır. Üzümüzə gələn ildə bu proseslər necə olacaq? Bunu deməyə adam çətinlik çəkir.

Amerikanın Səsi: Dediyiniz kimi, bu il Azərbaycanda bir neçə jurnalist və bloger həbsə məhkum edilib? Bu həbslərin səbəbləri nədir və haradan qaynaqlanır?

Mehman Hüseynov nə ediridi? O villaları çəkirdi, yəni bir az yarıciddi, yarızarafat tonda, amma gerçəyi ifadə edirdi, mahiyyət etibarı ilə onun sualları bir çox adamları diksindiridi. Məsəl üçün, bu miqyasda var-dövlət, sərvət haradanadır?

Qulu Məhərrəmli: Media öz mahiyyətinə görə, hakimiyyət üzərində cəmiyyət adından ictimai nəzarəti gerçəkləşdirir. Onun əsas missiyası nöqsanları tənqid etmək, cəmiyyətə hökumətin fəaliyyəti ilə bağlı doğru-dürüst məlumat verməkdir. Dediyiniz həbslərin də səbəbi buradan qaynaqlanır. Bir çox jurnalistlər, necə deyərlər, ipə-sapa yatmırlar, tənqidi materialllar verirlər. Məsələn, Mehman Hüseynov nə ediridi? O villaları çəkirdi, yəni bir az yarıciddi, yarızarafat tonda, amma gerçəyi ifadə edirdi, mahiyyət etibarı ilə onun sualları bir çox adamları diksindiridi. Məsəl üçün, bu miqyasda var-dövlət, sərvət haradanadır? Yəni, cəmiyyətimizdə öz hüquqları uğrunda mübrizə aparmaq barədə düşünən insanlar sayca azdır. Buna görə də ipə-sapa yatmayan jurnalistlərin həbsi əlbəttə ciddi təəssüf doğurur. Məlum olur ki, hətta bu həbslər müəyyən məmurların iddiası ilə reallaşdırılır. Yəni məlum olur ki, bəzən bir çox hallarda yüksək səviyyədə bu həbslər sanksiyalaşdırılmır. Yəni bunlara razılıq verilmir. Və yaxud razılıq verilirsə, hansısa ziddiyyətlərin nəticəsində bu həbslər ortaya çıxır. Ona görə, hesab edirəm ki, jurnalistlərə münasibətdə bu cür özbaşınalıq yolverilməzdir.

Amerikanın Səsi: Bu il Azərbaycanda ilk dəfə rəsmi olaraq bir sıra saytların bloklanması baş verib və bu tendensiya davam edir? Münasibətiniz necədir?

Bütün bunların hamısı mətbuat azadlığına damcı-damcı vurulan zərbələrdir. Nəhayət, mahiyyət etibarı ilə ortada tənqidçi media qurumlarının sayı azalıb.

Qulu Məhərrəmli: Məlumat mənbəyinə çıxışı blokalamaq, özü də bu nazirlik istədi bunun iddiası ilə, o məmur istədi onun istəyi ilə saytları bloklamaq olmaz. Başa düşmək lazımdır ki, internet bir civədir. Buna burada daxil olmaq mümkün deyilsə, başqa ölkələrdə o sayta daxil olub məlumatları oxumaq mümkündür. İkinci bir tərəfdən, axı o bloklar açılır və məlumatlar yayılır. Düzdür böyük dairədə yayılmır, amma kodları sındırmaq və məlumatları yaymaq mümkündür. Hesab edirəm ki, bütün bunların hamısı mətbuat azadlığına damcı-damcı vurulan zərbələrdir. Nəhayət, mahiyyət etibarı ilə ortada tənqidçi media qurumlarının sayı azalıb. Amma tənqid nə deməkdir? Tənqid o deməkdir ki, biz nöqsanları görürük, tənqid edirik və bundan nəticə çıxarmalıyıq. Hesab edirəm ki, tənqidi yazan jurnalistlərin də müəyyən missiyası var. Bu da faktı çox doğru, dəqiq şəkildə işləməkdir. Məmurdur, dövlət büdcəsindən pul oğurlayırsa və yaxud ofşor zonalarına pullar ötürürsə, milyonlarla pullar gedirsə, təbii ki, jurnalistin bir işi də ona sual vermək və suala cavab istəməkdir. Belə sualların cavabı olmayanda, yəni o jurnalistlərə təzyiq göstərmək və ya saytı bloklamaq hesab edirəm ki, yanlış addımdır.

Amerikanın Səsi: 2018-ci ildə söz və media azadlığı sahəsində hansı islahatlara ehtiyac duyulur?

Qulu Məhərrəmli: İslahat bir az geniş anlayışdır. Bayaq danışdığımız problemlər ki var, bu məlumat mənbələrinə çıxışın məhdudluğudur, jurnalistlərin həbs olunmasıdır, onlara təzyiq göstərilməsidir, saytların bloklanmasıdır, bax bu nöqsanları aradan qaldırsalar, bu nöqsanlara yol verməsələr, xüsusi bir islahata ehtiyac yoxdur. Jurnalistlərin ciddi köməyə ehtiyacı var. O kömək nədən ibarətdir? Məlumat mənbələrinə çıxış məhduddur, məmurlar müsahibələr vermir, dövlət qurumlarının mətbuat xidmətlərinin bir çoxu nazirliyi jurnalistlərdən qorumaqla məşğuldur, məlumat vermək əvəzinə onları müdafiə edir. Jurnalistlərin məlumat mənbəyi məhdud olanda şayiələr yaranır, ehtimallar, subyektivlik artır, qeyri-dəqiqlik çoxalır.

Jurnalistlərin işləməsi üçün şəraitin yaradılması onların hüquqlarının, vəzifələrinin gerçəkləşdirilməsi üçün minimum şəraitin yaradılması böyük bir islahata bərabərdir.

Jurnalistlərin işləməsi üçün şəraitin yaradılması onların hüquqlarının, vəzifələrinin gerçəkləşdirilməsi üçün minimum şəraitin yaradılması böyük bir islahata bərabərdir. Sadəcə olaraq məmurlar başa düşməlidir ki, onların işi dövlətin onlara etimad etdiyi işi görməkdir, jurnalistlərin də vəzifəsi, funksiyası, əsas missiyası məmurların gördüyü işi işıqlandırmaqdır, qüsur varsa onu tənqid etməkdir. Çünki tənqid cəmiyyəti irəli aparan bir sistemdir, bir yanaşma tərzidir. Bunlar yoxdursa, biz yalnız yaxşıları deyirik, onları həm də şişirdirik, jurnalistikanı öz hüdudlarından çıxarıb təbliğat-təşviqata çeviririksə, bu yolverilməzdir. Jurnalistikanın fəlsəfəsi, mahiyyəti, missiyası tamamilə başqadır. Bizim qurmaq istədiyimiz demokratik cəmiyyətdə jurnalist azad, sərbəst, müstəqil işləməlidir. Onun məlumat mənbələri olmalıdır. Onun işləməsi üçün çox sərbəst şərait olmaldır. Bunlar olmayanda əlbəttə jurnalıist güncə sıxışdırılır.

XS
SM
MD
LG