Accessibility links

Prokuror Əfqan Muxtarlıya 8 il həbs istəyib [Vəkil Nemət Kərimli ilə müsahibə]


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Müdafiə tərəfi jurnalistə bəraət istəyib

Yanvarın 12-də Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə prosesdə prokuror yekun sözlə çıxış edib. O, jurnalistin 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Nemət Kərimli bildirib.

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Müdafiə tərəfi məhkəməni Ə.Muxtarlıya bəraət verməyə çağırıb.

Jurnalist özü cinayət işinin saxtalaşdırıldığını və hakim elitanın korrupsiya faktlarını araşdırdığına görə təqib olunduğunu bildirib. Bu arada hakim jurnalistin çıxışını dayandırıb.

Hökmün oxunması saat 14:30-a təyin edilib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəammalı şəkildə Azərbaycana gətirilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis əməkdaşları Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə ediblər.

Növbəti gün Bakıda məhkəmə Ə.Muxtarlını Cinayət Məcəlləsinin üç maddəsilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).

Ə.Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları bildirirlər ki, o, Azərbaycanda korrupsiyaya dair tənqidi yazılarına görə təqib edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG