Accessibility links

Avropa Birliyi: Əfqan Muxtarlıya qarşı hökm azadlıqlarla bağlı “ciddi suallar” yaradır


Avropa Birliyi jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsini pisləyib. Qurum yanvarın 14-də verdiyi açıqlamada bildirib ki, bu hökm ölkədə fundamental insan haqları ilə bağlı “ciddi suallar” yaradır.

Balakən Rayon Məhkəməsi yanvarın 12-də Muxtarlını qaçaqmalçılıq və digər ittihamlarda təqsirli bilib, amma insan haqları qrupları bu ittihamları siyasi motivli adlandırıb. Jurnalistin məhkum edilməsi ölkədə narazıların susdurulması, hakimiyyətlə bağlı suallar verən, yaxud korrupsiyanı ifşa edənləri cəzalandırmaq niyyəti güddüyü bildirilir.

AB-nin xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerininin sözçüsü Maya Kosiyançiç yanvarın 14-də bildirib ki, Muxtarlıya qarşı çıxarılmış hökm “Azərbaycanda ifadə, media azadlığı kimi fundamental hüquqlar, eləcə də hüquqi prosedurlarla bağlı ciddi suallar yaradır”.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Kosiyançiç əlavə edib ki, Muxtarlının Gürcüstanda oğurlanandan sonra Azərbaycanda həbsi və mühakimə olunması “hərtərəfli və şəffaf araşdırma tələb edir”.

“Fundamental hüquqlarla bağlı bütün azadlıqdan məhrumetmə halları Azərbaycanda təcili nəzərdən keçirilməlidir, bundan sonra ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq, hüquqları pozulanların hamısı azadlığa buraxılmalıdır”, bəyanatda deyilir.

Daha öncə ABŞ Dövlət Departamenti, “Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının azadlığa buraxılmasının vacibliyi əks olunan bəyanatlarla çıxış edib.

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb. Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG