Accessibility links

Fikrət Hüseynlinin məhkəməsi gecikdirilir


Fikrət Hüseynli
Fikrət Hüseynli

Kiyev şəhər Apellyasiya Məhkəməsi Niderland vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı prokurorluğun protestinə yanvarın 16-da Kiyev vaxtı ilə saat 10.30-a təyin etdiyi məhkəmə iclası hələ baş tumayıb. Bu barədə hazırda məhkəmə binasında gözləyən Fikrət Hüseynlinin özü Amerikanın Səsinə bildirib.

Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhədi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

2017-ci il oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

Fikrət Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Oktyabrın 27-də Fikrət Hüseynlini Kiyevin Lukyanov şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. Fikrət Hüseynli məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycan ekstradisiya edilməsi ilə bağlı vəsatətini rədd edib.

Onun sözlərinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olması ilə bağlı məhkəmə qərarı ilə razılaşmır və protest verib.

XS
SM
MD
LG