Accessibility links

Jurnalistin şikayəti təmin edilməyib


Elçin İsmayıllı
Elçin İsmayıllı

Fevralın 13-də Şəki Apellyasiya Məhkəməsi hakim Elçin Hüseynovun sədrliyi ilə jurnalıst Elçın Ismayıllının Şəki Ağır Cınayətlər Məhkəməsinin 18 sentyabr tarixli hökmündən verdyi apelyasiya şikayətini təmin etməyib. Jurnalist məhkəmədən cinayət işinə xitam və özünə bəraət verilməsini istəyib. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmyə kassasiya şikayəti veriləcəyi bildirilir.

Elçin İsmayıllı 2017-ci il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslər haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı ittiham üzrə özünü təqsirli bilmir.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

2017-ci il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi hakim Rəşid Hüseynovun sədrliyi ilə E.İsmayıllının 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG