Accessibility links

Elmar Hüseynovun qətlindən 13 il keçir [Video]


Elmar Hüseynovun qətlindən 13 il keçir
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Elmar Hüseynovun qətlindən 13 il keçir

Monitor jurnalının baş redaktorunun qatilləri və qətlin sifarişçiləri hələ də tapılmayıb

Martın 2-də "Monitor" jurnalının baş redaktioru Elmar Hüseynovun qətlindən 13 il keçir. Bu gün bir qrup jurnalist mərhum redaktorun məzarını ziyarət edib.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onun qətlindən 13 il keçməsinə baxmayaraq hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli həyata keçirən şəxslər isə elan edilsə də Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.

Turan Agentliyinin direktoru Mehman Əliyev biildirib ki, Elmar Hüseynovun qətli media üçün yeni ağır dövrün başlanğıcını qoyub.

“2005-ci ildən sonra azad medianın qapadılması, jurnalistlərin təqibi, oğurlanması, həbsi, media və jurnalistərin ələ alınması, məhkəmələrə çəkilməsi, iqtisadi təzyiqlər, - bir sözlə medianın üzərinə hakimiyyətin yürüşü başladı. Bu yürüş hələ də davam edir”, o qeyd edib.

Mehman Əliyev
Mehman Əliyev

M.Əlieyev deyib ki, Elmar Hüseynov yazılarında həmişə hakimiyyətə medianı, cəmiyyəti təqib siyasətindən geri dönməsini çatdırırdı.

“Elmar yazırdı ki, hakimiyyət açıq və xalqın xeyrinə siyasət aparmalıdır. Təəssüf ki, onu eşitmədilər və bu gün Azərbaycan belə böhranlı vəziyyətə gəlib çıxdı. Böhran yalnız iqtisadiyyatı deyil, sosial, mənəvi, ictimai, - demək olar ki, bütün sahələri əhatə edir. Bu real durumdur”.

M.Əliyevin fikrincə, hakimiyyətin təqib siyasətinin nəticəsində medianın əxlaqı da dəyişib.

Amma nəticə budur ki, informasiya məkanı hakimiyyət tərəfindən itirilib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir buna qarşı necə mübarizə aparmaq lazımdır. Təəssüf ki, bu siyasətin başında duran ideoloqlar hələ də medianı idarə etməyə cəhd göstərirlər.

"Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə və idarə edəcəyinə inanırdı. Amma nəticə budur ki, informasiya məkanı hakimiyyət tərəfindən itirilib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir buna qarşı necə mübarizə aparmaq lazımdır. Təəssüf ki, bu siyasətin başında duran ideoloqlar hələ də medianı idarə etməyə cəhd göstərirlər”.

Turanın direktoru hesab edir ki hakimiyyət medianın qəqibi savaşını artıq uduzulub.

“Hakimiyyət bu savaşı artıq uduzub. Bu Elmarın ideyasının qələbəsidir. Hər şey yaxşılığa doğru gedəcək, ölkədə hər şey dəyişəcək. Hazırda vəziyyət anormaldır. Anormallığın isə gələcəyi yoxdur”, o qeyd edib.

Əvəz Zeynallı
Əvəz Zeynallı

"Xural" qəzetinin baş redaktoru, keçmiş "vicdan məhbusu" Əvəz Zeynallının fikrincə, Elmar Hüseynov müasir Azərbaycan mediasının böyük simalarındandır.

“Elmar ölümü ilə də Azərbaycanda azad mediaya xidmət edib”, o qeyd edib.

Əvvəlki illərdən fərqli olaraq bu gün Elmar Hüseynovun məzarının ziyarətinə çoxsaylı media ictimaiyyəti, siyasi və ictimai xadimlər gəlməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG