Accessibility links

Azərbaycan jurnalistlərinin qurultayı keçirilir (Müxtəlif baxışlar) [Video, audio müsahibələr]


Jurnalistlərin qurultayı
Jurnalistlərin qurultayı

Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı qurultaydan müsbət nəticə gözləmir

Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı işinə başlayıb.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan nümayəndələr iştirak edir. Qurultay Azərbaycan Mətbuat Şurasının (MŞ) sədrini, Şuranın İdarə Heyətinin yeni tərkibini seçəcək.

Əflatun Amaşov: Dövlət dəstəyinin artırılmasına ehtiyac var

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, Mətbuat Şurası yarandığı 15 il ərzində hakimiyyət, media və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib.

Əflatun Amaşov
Əflatun Amaşov

Ə.Amaşov bildirib ki, medianın maddi-texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar atılıb. O qeyd edib ki, son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin 70 faizində haqlı tərəf jurnalistlər olub.

“VI qurultaydan indiyədək şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-si razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. "Reket jurnalistika" ilə bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndələrinə etinasızlıqla bağlı xəbərdarlıq edilib”.

Amaşov Mətbuat Şurasına qarşı tənqidlərə də cavab verib.

“Şuranı təniqd edənlər iddia edirlər ki, Mətbuat Şurası daha çox dövləti, məmurları müdafiə edir, jurnalistlərə qarşı cəbhə açır. Bu, yalandır. Son 15 ildə jurnalistlərin əksər problemləri həll olunub. Mediaya dövlət dəstək verir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib. Redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Media reklam bazarını genişləndirilməlidir”.

Jurnalistlərin qurultayı
Jurnalistlərin qurultayı

MŞ sədri vurğulayıb ki, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir.

“Lakin müasir dövr mediası reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızının idxalının əlavə dəyər vergisindən azad olunması bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynamalıdır. Bu mənada çap mediasının satışına geniş imkanlar yaratmalıyıq, qəzet köşkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazar istənilən səviyyədə olmadığı üçün onlara dövlət dəstəyi mütləqdir.

“Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək lazımdır”.

Şura sədri həmçinin qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: “Bu, humanist addım olar”.

İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: KİV milli maraqlarımızı hər şeydən uca tutmalıdır

Prezidenti İlham Əliyev Mətbuat Şurasının VII qurultayına ünvanladığı müraciətdə deyilir ki, ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb.

Prezident hesab edir ki, dünya miqyasında milli informasiya resurslarının çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir.

“Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri daha fəal və prinsipal olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir”, Əliyevin təbrikində qeyd edilir.

Əli Həsənov
Əli Həsənov

Əli Həsənov: Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxışında deyib ki, Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz.

“Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti heç kim milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz. Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür", Həsənov qeyd edir.

Ölkədə bir çox tanınmış media rəhbərləri Mətbuat Şurasının qurultayında media azadlığının genişləndirilıməsi, müstəqil medianın fəaliyyətinin bərpası istiqamətdə qərarların qəbul ediləcəyini gözləmir.

Mehman Əliyev: Jurnalistlərin qurultayı hakimiyyətə dəstək xarakteri daşıyır
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Mehman Əliyev: Qurultay hakimiyyətə dəstək xarakteri daşıyır

Turan Agentliyinin direktoru Mehman Əliyev Mətbuat Şurasının təsisçilərindən biri olub. O 2017-ci ildə həbsdə olub. Mehma Əliyev Amerikanın Səsinə müsahibəsində deyib ki, Mətbuat Şurasınən fəaliyyətini müsbət qiymətləndirmir.

“Mediada olan çətin durum, jurnalistlərin həbsləri, təzyiqlər, məhkəmələr. Saytların bloklanmasında isə Mətbuat Şurası hökumət tərəfindən iştirakçıdır”.

Əliyev deyib ki, Mətbuat Şurasının təsisçilərindən bir çoxu qurultaya dəvət almayıb.

“Qurultaya hesabatlar yayılmayıb, heç kəsə təqdim olunmayıb. Mətbuat Şurasının saytında neçə illərdir ki, hesabatlar dərc edilmir. Bu qurultayı formal sayıram. Gözləyirəm ki, Mətbuat Şurası bir çağırış kimi çıxış edəcək ki, seçkilərdə İlham Əliyevə dəstək verək. Mətbuat Şurası prezidenti dostu elan edib. Bu qurultay faktiki olara hakimiyyətə dəstək xarakteri daşıyan bir tədbirdir”, o qeyd edib.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev: Qurultay hər hansı bir gözlənti üçün əsas deyil

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Mətbuat Şurasının təsisçilərindən biri olub və qurultaya dəvət edilməyib.

Arif Əliyev: Qurultay hər hansı bir gözlənti üçün əsas deyil
please wait

No media source currently available

0:00 0:01:28 0:00

“Mətbuat Şurasının bu gün keçirilən qurultayı mühüm bir əlamətə söykənən tədbir deyil. Bu sıradan nizamnaməyə söykənə növbəti bir tədbir olacaq. Hər hansı bir gözlənti üçün əsas deyil”.

O qurultayının media azadlığının genişləndirilməsi, müstəqil medianın fəaliyyətinin bərpası, jurnalistlərin həbsdən azad edilməsinə töhfə verə bilməsi ilə bağlı sualın cavabında deyib.

“Mətbuat Şurasının on ilə yaxındır ki, söz azadlığı ilə bağlı məslələrlə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bu icra strukturkları ilə eyni simə köklənmiş bir institutudur. Onun gördüyü işlərin, qəbul etdiyi qərarların mətbuatın inkişaf xətti ilə ümumiyyətlə əlaqəsi yoxdur. Xüsusilə bu xətti inkişaf yox, geriləmə adlandırmaq mümkündür”, o qeyd edib.

Elçin Şıxlı
Elçin Şıxlı

Elçin Şıxlı: Mətbuat Şurasından çıxmışam

Mətbuat Şurasının təsisçilərindən olmuş Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da qurultaya dəvət almayıb.

Mətbuat Şurasından çıxmışam
please wait

No media source currently available

0:00 0:01:11 0:00

“Mən qurultaya dəvət almamışam. Çünki redaktoru olduğum “Zerkalo” qəzeti bağlananda bəyanat verib Mətbuat Şurasından çıxmışam”.

O qurultayın medi azadlığı, bağlanmış qəzetlərin, saytların bərpası istiqamətində qərarlar qəbul edilcəyini gözləmir.

XS
SM
MD
LG