Accessibility links

Azadliq.info saytının üzərindən bloklanma götürülüb


azasdliq.info saytı
azasdliq.info saytı

Son günlər müxalif azadliq.info satytının üzərindən bloklanma götürülüb. Bu məlumatı saytın redaktoru Rövşən Hacıbəyli Ameirkanın Səsinə təsdiq edib.

Bununla yanaşı, üzərinə blok qoyulmuş digər saytlar- azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanallarının saytlarından bloklanma götürülməyib.

2017-ci il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə internet-resursa girişi bloklayıb: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanalları.

Nazirlik məhkəməyə müraciət edərək həmin saytları “cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda”, əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.

Saytların nümayəndələri ittihamları qəbul etməyib. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.

Bununla belə, 2017-ci il mayın 12-də Səbael Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib.

2017-ci ilin dekabrında isə Bakı Apellyasiya Məhkəməsi saytların şikayətini təmin etməyib.

“Təəccüblüdür. Məhkəmə qərarı olmasına baxmayaraq azadliq.info saytından blok götürülüb. Bir neçə gün öncədən başlayaraq qəzetin saytı VPN olmadan açılır. Doğrusu saytın üzərindən bloklanmanın götürülməsinin səbəb və məqsədlərini başa düşə bilmirəm”. Bu barədə azadliq.info saytının redaktoru Rövşən Hacıbəyli Amerikanın Səsinə bildirib.

Redaktor saytın üzərindən bloklanmanın götürülməsinin prezident seçkiləri ilə bağlı olduğunu güman edir.

“Ölkədə beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası fəaliyyətdədir. Ola bilsin ki, saytla bağlı məsələni onlar hökunətin qarşısında qaldırıb. Yəqin ki, beynəlxalq müşahidəçilər ölkəni tərk edəndən sonra bloklanma bərpa ediləcək”, redaktor qeyd edib.

Onun sözlərinə görə, müxalifətin son mütinqində də polisin yumşaq münasibəti sezilib.

“Əvvəlki mitinqlərdən fərqli olaraq, 31 mart mitinqinə polis müdaxilə etmədi. Mitinq gedən ərazidə qabaqkı mitinqlərdən fərqli olaraq bu dəfə internet qapadılmadı. Bunlar müvəqqətidir, imitasyiya xarakteri daşıyır”, Hacıbəyli belə hesab edir.

Öz növbəsində, rəsmi qurumlardan saytın üzərindən bloklanmanın götürülməsinin səbədini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG