Accessibility links

Əziz Orucov tibb məntəqəsinə köçürülüb [Audio-Müsahibə]


Əziz Orucov
Əziz Orucov

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə danışır

Əziz Orucovun səhhətində ciddi problemlər qalmaqdadır. Jurnalist çətinliklə danışır, hərarəti yüksəkdir, böyrəklərində problem yaranıb.

Vəkil Bəhruz Bayramov aprelin 4-də 14 saylı Cəzaçəkmə Müəssisəsində Kanal 13 İnternet televiziyasının icraçı direktoru Əziz Orucovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, müraciətlərindən sonra Orucov cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:36 0:00

“Həkimlər müalicə edir. Amma danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Böyrək çatışmamazlığından da əziyyət çəkir. Vəziyyəti normal deyil,” vəkil qeyd edib.

Aprelin 5 saat 11-də Ali Məhkəmədə Əziz Orucovun kassasiya şikayətinə baxılacaq.

Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu baş verməyib.

“Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu baş verməyib. Həm də səhhəti məhkəmədə iştirak etməsinə imkan vermir,” Bayramov Amerikanın Səsinə deyib.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG