Accessibility links

Əziz Orucov: Niyə tutuldum, niyə buraxıldım? [Audio-Müsahibə]


Həbsdən buraxılmış jurnalistin ilk müsahibəsi

“Azadlıq fərqli bir hissdir. Amma, bu fərqli bir azadlıqdır. Məın özümü heç bir halda təqsirkar bilmirəm. Çünki etmədiyim bir işlə bağlı həbs olunmuşam.” Bir qədər öncə həbsdən azad edilmiş Kanal 13 İnternet Televiziyasının icraçı ditrektoru Əziz Orucov Amerikanın Səsinə müsahibəsində bildirib.

Əziz Orucov: Niyə tutuldum, niyə buraxıldım-qavraya bilmirəm
please wait

No media source currently available

0:00 0:02:11 0:00

O, şərti olaraq azadlığa buraxılması ilə razılaşmır.

“Azadlıq tam olmalıdır. Tam azadlığım uğrunda mübarizəni davam etdirəcəm. Mənim təqsirim yoxdur, azadlığım da tam olmalıdır,” jurnalist qeyd edib.

Orucov həbs həyatı ilə bağlı sualın cavabında deyib ki, düşməninə belə, həbs həyatı yaşamaq arzulamır.

“Çünki bundan öncə yaşadığın mühitdən fərqli bir mühitdə hər şey cərəyan edir. Olmadığın ampluaya düşüb öyrəşməyin, dörd divar arasına düşüb məskunlaşmağın, etmədiyin işə görə həbsin çox ağırdır.”

İcraçı direktor həbsini diqqətdə saxladığına görə jurnalistlərə, yerli və beynəlxalq ictimaiyyətə təşəkkür bildirib.

“Mən həbsə məhkum edilməyimi tam qavraya bilmədim. İndi də qavraya bilmirəm ki, niyə tutuldum, niyə buraxıldım?” o qeyd edib.

XS
SM
MD
LG