Accessibility links

Seçki məntəqəsində jurnalistə təzyiq ediblər [Video]


Seçki məntəqəsində jurnalistə təzyiq ediblər
Seçki məntəqəsində jurnalistə təzyiq ediblər

Adının çəkilməsini istəməyən gənc jurnalistlərdən biri aprelin 11-də 25 saylı Nizami 2-ci seçki dairəsində çəkiliş apararkən məntəqə seçki komissiyası rəhbərinin fiziki hücumuna məruz qalıb.

Müstəqil jurnalist seçki gedişatını izləyərkən özünü təqdim etməyən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib

Bu barədə Meydan.tv saytı yazıb.

İnsidentdən öncə jurnalist məntəqə sədrindən müsahibə alır, bu saatadək nə qədər seçicinin gəldiyini sual edir. O isə cavabında “son 1 saat 20 dəqiqədir ki, aktivlik artıb, gələnlərin ardı-arası kəsilmir” söyləyir.

Daha sonra sayı dəqiqləşdirmək üçün jurnalisti digər otağa aparır. Buradakılar isə hələlik, sayla bağlı məlumatlarının olmadığını söyləyirlər.

“Hələlik, məlumat yoxdur. Gözləyək, bir saat da keçsin gələrsiz, mən özüm sizə məlumat verəcəyəm”, məntəqə sədri deyir.

Daha sonra bir nəfər jurnalistin qolundan tutaraq, onu çölə çıxarmağa çalışır.

Bu hərəkətlər CM-in 163-cü maddəsinin pozulmasıdır. Buna görə cərimə və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Rəsmi qurumlar bununla bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, günortadan sonra MSK sədri Məzahir Pənahov səsvermə zamanı heç bir pozuntuya yol verilmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG