Accessibility links

Fikrət Hüseynli: Ukraynanı quru sərhədi ilə tərk etdim [Audio-müsahibə]


Fikrət Hüseynli vəkili ilə

Jurnalsitin Amerikanın Səsinə müsahibəsinin tam məzmununa audio yazıda qulaq asın

Jurnalist Fikrət Hüseynli Amerikanın Səsinə müsahibəsində Ukraynada başına gələnlər, Ukrayna ərazisini necə tərk etməsindən danışıb.

Fikrət Hüseynli: Ukraynanı quru sərhədi ilə tərk etdim
please wait

No media source currently available

0:00 0:09:07 0:00

Amerikanın Səsi: Həmişə azadlıqda. Artıq Hollandiyada öz evinizdəsiniz. Ukraynada nə baş verdi, ərazini necə tərk edə bildiniz?

Sonra naməlum nömrədən mənə zəng edib dedilər ki, Ukrayna sənin məzarın olacaq. Bütün bunlardan sonra, uzun müddətdir ki, Avropa Birliyi, Amerikada yüksək səviyyəli şəxlsərlə, prezidentlərlə əlaqəsi olan şəxslər mənə kömək üçün müraciət edirdi, məhz onlara müraciət etdim.

Fikrət Hüseynli: Aprelin 2-də Kiyevin Piçerski Məhkəməsi mənimlə bağlı ekstradisiya qərarının ləğv edilməsi barədə qərar vermişdi. Amma buna baxmayaraq Kiyev Vilayət Prokurorluğu Ukrayna prokurorluğundan aldığı tapşırığa uyğun olaraq mənimlə bağlı dirəniş göstərirdi. Prokurorluq məhkəməyə müraciət etmişdi ki, ekstradisiya yoxlaması başa çatmayıb, Fikrət Hüseynlinin pasportu əlindən alınsın. O cümlədən Fikrət Hüseynlinin Kiyev Vilayəti ərazisini tərk etməməsi barədə qərar çıxarılsın. Aprelin 12-də keçirilən məhkəmədə prokurorluq mənim pasportumu məhkəməyə təqdim etmədi, yalnız pasportun surətini təqdim etdi. Məhkəmə bu surəti qəbul etmədi və pasportun gətirliməsi üçün məhkəməni aprelin 16-na təxirə saldı. Aprelin 16-da məhkəmə saat 18-dək davam etdi. Məhkəmədə Niderlandın konsulu başda olmaqla səfirliyin 3 əməkdaşı, Avropa İttifaqının Kiyev nümayəndəliyinin diplomatları, Azadlıq radiosunun jurnalistləri, çoxsaylı hüquq müdafiəçiləri, Kiyevdə fəaliyyət göstərən Niderlandlılar Klubundan nümayəndələr iştirak edirdi. Məhkəmədə hakim vəkilin prokurorluğun iddiasının rədd edilməsi barədə vəsatətini təmin etmədi. Açıq görünürdü ki, hakim prokurorluğun iddiasını təmin etməkdə israrlıdır. Məhkəmədə mübahisələr oldu və proses başa çatanda prokurorluq mənim pasportumu götürməyə çalışdı. Bu zaman çoxsaylı diplomatlar, hüquq müdafiəçiləri və jurnalistlərin gözü önündə mən məhkəmənin qərarını əsas gətirərək pasportumu hakimin qarşısından götürüb cibimə qoydum. Mən diplomatlarla məsləhətləşdim ki, Ukrayna ərazisini tərk edə bilərəmmi? Bu zaman diplomatlar dedi ki, Ukrayna prokurorluğundan bildirilib ki, əgər sərhədi keçməyə cəhd etsəm, bu qanuni olsa belə məni həbs edib, sonra qanuniləşdirəcəklər. Mən məhkəmənin ərazisini tərk edərkən Ukrayna prokurorluğunun əməkdaşları tərəfindən izlənildiyimi gördüm. Sonra naməlum nömrədən mənə zəng edib dedilər ki, Ukrayna sənin məzarın olacaq. Bütün bunlardan sonra, uzun müddətdir ki, Avropa Birliyi, Amerikada yüksək səviyyəli şəxslərlə, prezidentlərlə əlaqəsi olan şəxslər mənə kömək üçün müraciət edirdi, məhz onlara müraciət etdim. Həmin şəxslərə bildirdim ki, mənə kömək lazımdır, köməyiniz olmazsa məni burada öldürəcəklər. Bundan sonra dedilər ki, Ukrayna ərazisni necə tərk edəcəm. Mən Ukraynanın sərhəd-buraxılış məntəqəsində oldum.

Amerikanın Səsi: Ukraynanı hava limanı vasitəsi ilə tərk etdiniz?

Quru ərazisi vasitəsi ilə Ukraynanı tərk etdim. Tərk edərkən sərhəd-buraxılış məntəqəsində Ukraynada 90 gün vizasız qaldığım üçün 25 avro cərimə ödədim.

Fikrət Hüseynli: Xeyr. Quru ərazisi vasitəsi ilə Ukraynanı tərk etdim. Tərk edərkən sərhəd-buraxılış məntəqəsində Ukraynada 90 gün vizasız qaldığım üçün 25 avro cərimə ödədim. Pasportuma möhür vuruldu və tam qanuni şəkildə Ukrayna ərazisini tərk edib Berlinə gəldim. Berlində mənə yardım edən şəxslərə real və virtual olaraq təşəkkürlərimi çatdırdım və sonra Amsterdama gəldim. Amsterdama gələndən sonra vəkilimlə əlaqə saxladım, ona vəziyyəti danışdım. Bu gün Kiyevdə məhkəməmdir və məhkəmə mənimlə virtual olaraq əlaqə yarada bilər. Mən Ukrayndan qaçmamışam, öz hüquqlarım uğrunda mübarizə aparmışam və buna nail olmuşam.

Amerikanın Səsi: Sizin Ukraynanı tərk etməyinizə hansı diplomatlar, təşkilatlar yardım etdi?

Mənə yardım edən şəxlər çox yüksək səviyyəli şəxslərdir.

Fikrət Hüseynli: Mənə yardım edən şəxlər çox yüksək səviyyəli şəxslərdir. Onlarla bağlı məlumat verməməyim tövsiyyə olunub. Yüksək səviyyədə, beynəlxalq səviyyədə yardım olunub.

Amerikanın Səsi: Siz qeyd edibsiniz ki, təhdid edilirdiniz, həyatınıza təhlükə var idi. İndi təhlükə sovuşubdurmu və ya Niderland polisinə müraciət edibsinizmi?

Fikrət Hüseynli: Təhlükə hər an ola bilər. Amma mən Niderland polisinə müraciət etməmişəm, hələlik etmək də fikrim yoxdur.

Amerikanın Səsi: Ukraynada olarkən özünüzə qarşı qanunsuzluqlarla bağlı məhhkəməyə müraciət edəcəyinizi bildirmişdiniz. Bu fikriniz indi də qüvvədədir?

Fikrət Hüseynli: Bəli, indi məsləhətləşmələr aparıram. Artıq mənim işimə ikinci vəkil də qoşulacaq. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəm.

Fikrət Hüseynli onu müdafiə edən çoxsaylı hüquq müdafiə təşkilatlarına, Ukrayna ictimaiyyətinə, jurnalistlərə, o cümlədən ABŞ-ın, Niderlandın Ukraynadakı səfirliklərinə, Avropa İttifaqının Kiyev nümayəndəliyinə, Nidelandın Xarici İşlər Nazirliyinə, Ukrayna parlamentinin deputatlarına və vəkilinə təşəkkür edib.

“Onların sayəsində mən hüquqsuzluq üzərində hüquqi qələbə çaldım”, o qeyd edib.

XS
SM
MD
LG