Accessibility links

Həbsdə olan jurnalistin səhhəti pisləşib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel.tv saytının təsisçisi və redaktoru, həbsdə olan Əfqan Sadıqovun səhhəti pisləşib. Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib. O, ötən həftə 1 saylı Bakı İstintaq Təcridxanasında Əfqan Sadıqova baş çəkib.

Onun sözlərinə görə, həyat yoldaşının arterial təzyiqi 200/100-ə qalxıb, güclü baş ağrıları, ürək ağrıları var, qıcolmalar baş verir, vaxtaşırı yaddaşını itirir.

Aprelin əvvəlində jurnalisti həbsxana xəstəxanasına yerləşdiriblər. O orada 10 gün qalıb. Xəstəxanadan çıxdıqdan sonra isə onun vəziyyəti yenidən kəskin pisləşib.

Əfqan Sadıqovu vaxtaşırı 17 saylı koloniyadan təcridxanaya aparmaları və geri qaytarmaları ona pis təsir edir.

Biz Əfqanın həyatına və səhhətinə görə narahatıq. Xahiş edirik ki, onu həbsxana xəstəxanasına köçürsünlər. Mayın 23-də onun cəza müddəti bitir. İstəyirik ki, həbsdən sağ-salamat çıxsın."
Sevinc Sadıqova

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı A.Əzizov qaldırıb.

"Biz Əfqanın həyatına və səhhətinə görə narahatıq. Xahiş edirik ki, onu həbsxana xəstəxanasına köçürsünlər. Mayın 23-də onun cəza müddəti bitir. İstəyirik ki, həbsdən sağ-salamat çıxsın", Sevinc Sadıqova bildirib.

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG