Accessibility links

Jurnalist azadlığa buraxılıb


Cavid Şirəliyev
Cavid Şirəliyev

Aprelin 24-də Gəncə Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 63-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edərək “7gun.az” saytının baş redaktoru Cavid Şirəliyevin azadlığa buraxılması barədə qərar qəbul edib. Jurnalist məhkəmə zalından azadlığa buraxılıb.

Cavid Şirəliyev 2014-cü il senytabrın 1-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə təqsirli bilib və o, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı sifarişli hesab edir və məhkəmə prosesində təqsirinin sübuta yetirilmədiyini bildirib. Həbsindən üç il yarım keçəndən sonra Ali Məhkəmə təsdiq edib ki, ona qarşı tərtib olunan ittiham aktı qüsurludur və jurnalistlə bağlı ədalətli məhkəmə araşdırması aparılmayıb.

2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apellyasiya instansiyasına qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarından yeddi ay sonra 2018-ci ilin yanvarında işin təkrar baxışına başlayıb və 4 ay sonra aprelin 24-də jurnalisti azadlığa buraxıb. Şirəliyev uzun müddət Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG