Accessibility links

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycanda medianın durumundan narahatdır


U.S. Mission to OSCE
U.S. Mission to OSCE

ATƏT Daimi Şurasının mayın 3-də Dünya Mətbuat Azadlığının 25 illiyi ilə bağlı keçirilən iclasında ABŞ-ın bu təşkilatdakı missiya rəhbərinin müavini Michele Siders- in (Mişel Siders) Vyanadakı Daimi Şuraya bəyanatını təqdim edib.

Azərbaycanda ifadə və azad medianın məhdudlaşdırılmasından narahatlığını bildirən Siders azad mətbuatın müdafiəsini və təbiliğini ABŞ-ın mühüm vəzifəsi sayır.

Bəyanatda deyilir ki, ifadə azadlığı və azad mətbuat demokratiya üçün əsasdır və ABŞ azad mətbuat dəyərlərini demokratik idarəetmənin əsas amili hesab edir.

Sənəddə təəssüflə qeyd olunur ki, bir çox ATƏT üzvləri jurnalistlərin fəaliyyəti üçün azad mühit yaratmaq vədlərinə əməl etməyib.

Bəyanatda deyilir ki, Azərbaycanda AzadlıqRadiosu və Azadlıq qəzeti, Azərbaycan saatı və Meydan TV kimi bir çox müstəqil xəbər qurumlarının saytlarının bloklanması Birləşmiş Ştatların dərin narahatlığına səbəb olub.

Michele Siders-in təqdim etdiyi sənəddə həmçininTürkiyə, Qazaxıstan, Belarus və Tacikistanda mətbuat azadlığının kobud şəkildə pozulmasından və jurnalistlərin təqib edilməsindən, araşdırma yazılara görə öldürülən jurnalistlərdən söz açılır.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə media azadlığının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir.

XS
SM
MD
LG