Accessibility links

Prezidentliyə keçmiş namizəd 6 internet saytını məhkəməyə verir [Audio-Müsahibə]


Sərdar Cəlaloğlu həmin saytlarda təhqirə məruz qaldığını bildirib

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu Biq.az, Ölkə.az, Oxu.az, Report.az, Qaynar.info və Modern.az saytlarını məhkəməyə verəcək. ADP-nin İdarə Heyətinin iclasında da bununla bağlı qərara qəbul edilib.

ADP sədri Sərdar Cəlaloğlunun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Sərdar Cəlaloğlu Amerikanın Səsinə bildirib ki, hazırda məhkəməyə müraciət etmək üçün sənədlər hazırlayır.

“Biz hazırda saytların rəhbərlərinin daimi yaşadığı ünvanları öyrənirik ki, həmin rayon məhkəmələrinə müraciət edək”, o qeyd edib.

Cəlaloğlu adlarını sadaladığı saytlarda ona qarşı təhqir və böhtan dolu məqalələr dərc edildiyini bildirib.

“Saytlarda məni təhqir edirlər, elmi fəaliyyətimi şübhə alıtna alan məlumatlar dərc edirlər. Guya mənim Londonda villam var, xaricdən, Prezident Administrasiyasından maliyyələşirəm, övladım hərbi xidmətdən yayınıb. Məhkməyə müraciət edəcəm ki, sayt rəhbərləri və məqalə müəllifləri yazdıqlarını sübut etsinlər”, o qeyd edib.

Cəlaloğlu saytların ona qarşı təhqir dolu məqalələr yaymasının kampaniya xarakteri daşıdığını bildirib.

“Buna Aprel döyüşlərində şəhid olmuş qardaşım oğlunun ailəsini evi ilə bağlı məsələ səbəb olub. Qardaşım oğlunun dul qadını, 3 və 5 yaşlarında qızlarının yaşaması üçün Bakının Ramanı qəsəbəsində 2 sot torpaq sahəsində balaca bir ev tikmişik. Evin həyətində hasarı 2-3 daş yuxarı qaldırdıq ki, həyət görünməsin. SOCAR-ın işçiləri gəlib divarları uçurub. Biz də SOCAR-ın prezidentinə müraciət etdik ki, bu şəhid ailəsidir, prezidentin, birinci vitse-prezidentin şəhid ailələrinə böyük qayğısı var. Bunların villaları yoxdur ki, kiçik bir evdir, niyə uçurursunuz, uşaqları qorxudursunuz? SOCAR-dan mənə deyirlər, hansısa idarəyə gedib icazə alınmalıdır. Bura SOCAR-ın ərazisidir”, o qeyd edib.

Keçmiş namizəd adlarını sadaladığı saytalarda təhqir edilməsini Prezident Adminstrasiyasının media ilə bağlı müvafiq şöbəsi və SOCAR tərəfindən təşkil edildiyini iddia edir.

Sərdar Cəlaloğlu saytalarda onun təhqirinə yol verildiyi məqalələrin adlarını sadalamayıb.

Bununla yanaşı, adları sadalanan saytlar, Prezident Adminsitrasiyası və SOCAR Cəlaloğlunun iddiaları ilə bağlı hələ açıqlama verməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG