Accessibility links

Ali Məhkəmə Mehman Hüseynovu həbsdə saxlayıb [Video]


Mehman Hüseynov
Mehman Hüseynov

Bloger Avropa Məhkəməsinə müraciət edəcək

İyunun 25-də Azərbaycan Ali Məhkəməsi bloger Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib. Ali Məhkəmə Mehman Hüseynovun işinə ikinci dəfədir baxır.

Birinci dəfə təkrar məhkəmə istintaqının aparılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Lakin Apellyasiya instansiyası ötən ilin oktyabrında çıxarılmış hökmü qüvvədə saxlayıb.

Blogerin həbsinə 2017-ci ilin yanvarında Bakının mərkəzində saxlanıldıqdan sonra polisdə işgəncəyə məruz qalması barədə bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev böhtanla bağlı iddia qaldırıb.

Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu böhtanda (CM-in 147.2-ci maddəsi) təqsirli bilərək iki il azadlıqdan məhrum edib.

Bugünkü iclasda Mehman Hüseynov özü iştirak etməyib. O, prosesdə iştirakdan imtina edib.

Vəkil Fuad Ağayev Mehman Hüseynovun işini hüquq praktikasında nonsens adlandırıb. Çünki 147-ci maddə (böhtan) üzrə iddianı ancaq fiziki şəxslər qaldıra bilər.

İndiki halda Nəsimi polisinin rəisi qurumun adından Mehman Hüseynovun cəzalandırılmasını tələb edib. Vəkil diqqəti ona yönəldib ki, polis Mehman Hüseynovun böhtan söylədiyinə sübut təqdim etməyib.

Jurnalist bildirib ki, onun başına torpa keçirərək bir saatdan çox Bakının küçələrində gəzdirdikdən sonrapolisə aparıblar. Polisdə müşahidə kamerasının olmasına baxmayaraq, Mehman Hüseynovun polisə aparılmasına dair kadrlar məhkəməyə təqdim edilməyib. Eyni zamanda polis bildirib ki, Mehman Hüseynovu Nəsimi polisinə post-patrul xidmətinin polis avtomobilində aparıblar.

Vəkilin fikrincə, Ali Məhkəmə özünün əvvəlki qərarına sayğısız yanaşıb. Belə ki, əvvəlki qərarda Apellyasiya Məhkəməsi təkrar istintaq keçirməyə və Nəsimi polisindəki kadrlara baxılmasını təmin etməyə çağırılırdı.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Ali Məhkəmə Mehman Hüseynovu həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG