Accessibility links

Mehman Əliyev: Medianın belə durumunun günahkarı hökumətdir [Video-müsahibə]


Mehman Əliyev: Medianın belə durumunun günahkarı hökumətdir
please wait

No media source currently available

0:00 0:06:48 0:00

Mehman Əliyev: Medianın belə durumunun günahkarı hökumətdir

Turan İnformasiya Agentliyinin direktorunun Amerikanın Səsinə müsahibəsi

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan mediasının durumundan danışb. İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günüdür.

Amerikanın Səsi: Son bir ildə mətbuatın durumunda hansı dəyişikliklər baş verib?

Bütün KİV-lərin 4 milyon yarım manat reklam bazarı olub. Onun 3,5 milyon manatı televizia kanallarının payına düşür. Qalan məbləğ isə on-layn, çap mediasının və radioların payına düşür

Mehman Əliyev: Son bir ildə mənfi tendensiyalar davam edib. Vəziyyət pisləşib. Media öz təsirini daha çox itirməyə başlayıb. Bunun iki amili var. Bir, reklam bazarı iki dəfə azalıb. Bütün KİV-lərin 4 milyon yarım manat reklam bazarı olub. Onun 3,5 milyon manatı televizia kanallarının payına düşür. Qalan məbləğ isə on-layn, çap mediasının və radioların payına düşür. Bu, çox kiçik bir miqdardır. Əslində bu miqdar vəsaitlə medianı inkişaf etdirmək, saxlamaq mümkün deyil. Digər tərəfdən, bu onun göstəricisidir ki, oxucu kütləsi, tamaşaçı çox azdır. Ona görə də şirkətlər demək olar ki, reklam vermir və ya reklamı çox ucuc qiymətə verirlər. Bu da göstəricididr ki, media oxucunu, tamaşaçını itirir. Üçüncü məsələ, sosial şəbəkələrin aktivliyi genişlənir. Sosial şəbəkələrdə təşəbbüslər çoxalır. Demək olar ki, bu gün sosial şəbəkələr medianı üstələyir. Yəni media sosial şəbəkələrə uduzur və bu proses getdikcə güclənir. Bunun da öz mənfi fəsadları var.

Amerikanın Səsi: Həbsdə olan jurmnalistlərin azadlığı ilə bağlı aparılan işləri qanedici hesab etmək olarmı? Elmar Hüseynov, Rafiq Tağı kimi yazarların qatilləri və qətlin sifarişçiləri niyə tapılmır? Buna səbəb nədir?

Azərbaycanda hakimiyyət medianı inhisarda saxlamaq üçün, siyasi nəzarət etmək üçün siyasətini davam etdirir. Belə bir çərçivədə jurnalistlərin azadlığa çıxması, yəni həbslərin qarşısının alınması çox çətin olur.

Mehman Əliyev: Əlbəttə ki, cəmiyyət jurnalistlərin azadlığa çıxması üçün səylər göstərir, vaxtaşırı tədbirlər keçirir, bu barədə yazırlar, bəyanatlar verilir, çağırışlar olur. Ancaq, Azərbaycanda hakimiyyət medianı inhisarda saxlamaq üçün, siyasi nəzarət etmək üçün siyasətini davam etdirir. Belə bir çərçivədə jurnalistlərin azadlığa çıxması, yəni həbslərin qarşısının alınması çox çətin olur. Çünki, bu siyasətə qarşı çıxmaq çətindir. Keçmişdə öldürülən jurnalistlərin qatillərinin tapılmaması, onların məhkəmə qarşısında məsuliyyətə çəlb olunmaması, bu da ondan irəli gəlir ki, hakimiyyət bunda o qədər də maraqlı deyil. Çünki, bu siyasət çərçivəsində jurnalistlərin qatillərinin tapılması mümkün deyil.

Amerikanın Səsi: Ölkədə elektrik enerjisinin verilməsində fasilələrin yaranması və Gəncə hadisələri mediada necə işıqlandırıldı? Hüquq mühafizə orqanları bir neçə sayta qarşı fakt üzrə cinayət işi də qaldırıb.

Saytlara qarşı cinayət işi qaldırılır, redaktorlar istintaqa cəlb olunur, saytlar bloklanır. Bu fəsaddır.

Mehman Əliyev: Mən son sualdan başlamaq istərdim. Saytlara qarşı cinayət işi qaldırılır, redaktorlar istintaqa cəlb olunur, saytlar bloklanır. Bu fəsaddır. Onlar günahlandırılırlar ki, düzgün informasiya vermirlər, yanlış informasiya verirlər. Ola bilər ki, durumu gərginləşdirirlər. Amma, iş ondandır ki, bu vəziyyətin yaranmasında dövlət məsuliyyət daşıyır. Çüki, belə vəziyyət yarananda hökumətin fövqəladə komissiyası var. Onun başçısı baş nazirin birinci müavinidir. Komissiyaya bütün hüquq-mühafizə orqanları və başqa qurumlar daxildir. Belə hallar olanda, o komissiya işləməli idi. Komissiya yığışmalı idi, qəraragah yaradılmalı idi. Əlbəttə, o qərargahın bir hissəsi də informasiyanı vaxtında mediaya çatdırmaq, cəmiyyəti məlumatlandırmaq idi. Yəni, iki halda da bu iş görülməyib, iflic vəziyyətinə düşüb. Ona görə də əsasən informasiyalar sosial şəbəkələrdən gəlir. Kim isə, haradasa nəyi isə görüb, kim isə, haradasa nəyi isə eşidib, şayiələr, yoxlanılmamış informasiyalar və s. Jurnalistlər belə bir vəziyyətdə işləyir və bunun günahkarı və səbəbkarı əlbəttə ki, hökumətdir. Buna görə də jurnalist yox, hökumət məsuliyyət daşımalıdır.

Amerikanın Səsi: Ölkədə media azadlığının durumu sahəsində hansı işlər görülməlidir? Azərbaycan mediasını beynəlxalq media ilə müqayisədə necə xarakterizə edərdiniz?

Medianın iqtisadi durumunun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülməlidir ki, media normal rəqabət çərçivəsində inkişaf edə bilsin.

Mehman Əliyev: Xarakterizə edəndə, əlbəttə ki, biz xeyli uduzuruq. Həmişə uduzmuşuq, həmişə keyfiyyət çox aşağı olub. Məsələn, götürün Azərbaycanın çap mediasını, baxın onun çap məhsuluna, onun səviyyəsinə, tərtibatına, çapına. Bir də nümunə kimi Türkiyə mətbuatına baxın. Görün bunların arasında nə qədər fərqlər var. Biz o çərçivədən çıxa bilməmişik. Azərbaycan mediası hələ də qara səhifələrlə çıxır. Bu bir nümunədir. Bütövlükdə isə, bu sahədə əlbəttə geriləyirik və belə reklam bazarı, belə iqtisadi durumla medianın yaxşılığa doğru inkişafından danışmaq olmaz.

O ki, qaldı təşəbbüslər, təkliflər. Mən hesab edirəm ki, ilk növbədə qanunvericilikdən başlamaq lazımdır. Çünki, bizdə hər şey qanunvericilikdən başladı. Son illər media ilə, internetlə bağlı qanunvericiliyə xeyli dəyişikliklər etdilər. Məhdudiyyətlər qoyuldu. Yəni, bunların hamısı normal vəziyyətə gətirilməlidir. Medianın iqtisadi durumunun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülməlidir ki, media normal rəqabət çərçivəsində inkişaf edə bilsin. İnformasiya əldə etmək problemi var. Biz fövqəladə vəziyyətlərdən danışdıq. Bu məsələləri ciddi şəkildə həll etmək lazımdır ki, media fəaliyyətini göstərə bilsin. “Diffamasiya haqqında” qanun qəbul edilməlidir ki, jurnalistlər həbs olunmasın. Son olaraq, media dövlət, cəmiyyət arasında kommunikasiya rolu oynayan bir qurumdur. Ona görə də dövlətlə media arasında normal, sağlam münasibətlərin qurulması istiqamətində də işləmək lazımdır. Bu da çox vacibdir. Sadaladığım təkliflər və təşəbbüslər bunlardır.

XS
SM
MD
LG