Accessibility links

Sərhədsiz Reportyorlar və RATİ Fransa prezidentinə müraciət edib


İlham Əliyev və Fransua Makron
İlham Əliyev və Fransua Makron

"Sərhədsiz reportyorlar" təşkılatı və Repoertyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri ilə əlaqədar bəyanatla cıxış edib.

Hər iki bəyanatda Avropa liderləri Azərbaycanla münasibətlərdə mətbuat azadlığına hörmət olunmasını nəzərə almağa cağırılır.

"Sərhədsiz reportyorlar" Əliyevin iyulun 20-də Emmanuel Makronla nahar edəcəyinə diqqət cəkərək bundan əvvəl onun Brüsseldə AB ilə Azərbaycan arasında Tərəfdaşlığın prioritetlərinə dair danışıqları tamamlamaq ücün qəbul edildiyini xatırladır. Və təşkilat xüsusi vurğulayır ki, həmin sənəddə Avropa Parlamentinin 4 iyul tarixli qətnaməsinə reğmən insan hüquqları ilə bağlı konkret tələblər yoxdur.

Bu arada isə Mətbuat azadlığına dair indeksdə 180 ölkə sırasında 163-cü yeri tutan Azərbaycanda son müstəqil jurnalistlərin təqib olunması davam edir.

"Prezident Əliyev Avropada irəliləməyi davam edir hərçənd ki, ölkədə mətbuat azadlığının boğulması hələ hec vaxt belə yüksək həddə olmamışdı", bəyanatda bildirilir.

"Artıq zaman catıb ki, Avropa liderləri Azərbaycanla münasibətlərini rəsmi Bakının beynəlxalq öhdəliklərinə riayət etməsilə şərtləndirsinlər. Bu şərtlərin sırasında qanunsuz həbs olunmuş jurnalistlərin azad olunması və müstəqil KİV-lərin təqib olunmalarına son qoyulması da daxil olmalıdır", sənəddə bildirilir.

Son qurbanlar arasında Azel.tv-nin rəhbəri Əfqan Sadıqov ğöstərilir.

18 ay saxta ittihamlarla həbs cəkmiş Sadıqov azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə çox aktid idi. 6 iyulda o yenidən saxlanıldı.

Beş gün sonra vəkili və ailə üzvləri onun xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs olunduğunu öyrənə bilib.

Mətbuata daha bir hücum Gəncə şəhərində baş verən faciəvi hadisələr əsnasında olub.

Burada iyulun 3-də icra başçısına edilən sui-qəsdən 1 həftə sonra iki polis zabitinin öldürülməsilə nəticələnən insidentlər baş verib.

Bu hadisələrlə əlaqədar 4 sayt Baş Prokurorluğun təşəbbüsü ilə məhkəmə qərarı olmadan bloklanıb.

Bunların sırasında müxalif "Müsavat" partiyasını dəstəkləyən və insan hüquqlarının pozulması, secki saxtakarlıqları və korrupsiya barəsində yazan Bastainfo.com saytı da var.

Onun redaktoru Mustafa Hacıbəyli 5 gün ərzində hər gün prokurorluqda sorğu-sual edilib.

14 iyulda saytın başqa əməkdaşları da prokurorluğa cağırılıblar.

Hakimiyyət 2017-ci ilin martından artıq bir neçə aparıcı müstəqil xəbər saytlarına əl çatımı məhdudlaşdırıb.

Bundan başqa ən populyar KİV-lər maliyyə və ya güc yolu ilə qapadılıb.

KİV-lərə dəstək verən QHT-lərə cinayət təqiblərinə məruz qalıb.

Hazırda ən azından 11 jurnalist və iki bloger həbs yerlərində saxlanılır.

KİV-lərdə fikir müxtəlifliyini aradan qaldıran Əliyev onun media-tənqidçilərini həmin şəxslər xaricə qaçandan sonra da təqib edir, "Sərhədsiz reportyorlar" təşkılatının bəyanatında bildirilir

RATİ-nin prezident Emmanuel Makrona və ölkə parlamentinə müraciətində isə deyilir ki, rezident İlham Əliyevin rəsmi səfəri zamanı Azərbaycanda söz azadlığı sahəsində problemləri qaldırmağı, habelə İlham Əliyevi bütün tənqidçilərini həbsdən azad etməyə çağırmağı xahiş edilir.

“Fransa Azərbaycanla iqtisadi əməkdaşlığı fəal şəkildə genişləndirir, Fransanın aparıcı neft-qaz, aviasiya-inşaat və telekommunikasiya müəssisələri, həmçinin hərbi-sənaye kompleksinin müəssisələri Azərbaycanla çox milyonluq böyük müqavilələri fəal şəkildə həyata keçirirlər.

Bu əməkdaşlıq və Fransanın Avropa dəyərlərinin təşviqində aparıcı rolu fonunda sizi Azərbaycanda insan hüquqları, demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində ciddi problemlərin həllinə böyük diqqət yetirməyə çağırırıq", müraciətdə qeyd edilir.

XS
SM
MD
LG