Accessibility links

Mustafa Hacıbəyli: Mənə təzyiq var [Audio-Müsahibə]


Mustafa Hacıbəyli

Prokurorluq baş redaktorun təzyiqlə bağlı dediklərini təkzib edir

“İyulun 20-də Bakı şəhər Prolurorluğunda şahid qismində üç saatdan artıq dindirildikdən sonra azad buraxılmışam. Amma deyiblər ki, bu gün yenə istintaqa çağıracaqlar.” Bu barədə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli Amerikanın Səsinə müsahibəsində bildirib.

Mustafa Hacıbəyli: Mənə təzyiq var [Audi-müsahibə]
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Hacıbəyli deyib ki, prokurorluq faktiki olaraq ona təzyiq edir.

“Əvvəlki dindirmələr zamanı sualları bastainfo.com saytında prokurorluğun açıqlaması ilə bağlı dərc olunmuş üç yazı ilə bağlı idi. Bu gün mənə bir-iki il əvvəl bastaonfo.com saytında dərc olunmuş yazılarla bağlı mətləbə heç bir dəxli olmayan suallar verirlər. Özümə də təzyiq var. Faktiki artıq neçənci gündür ki, məni gərginlikdə saxlayırlar. Hətta özlərinin irəli sürdüyü ittihama aidiyyatı olmayan suallarla məni girinc edirlər. Mən bunu mənəvi işgəncə kimi qiymətləndirirəm,” o, qeyd edib.

Baş redaktorun sözlərinə görə, iyulun 14-də Bakı şəhər Prokuruluğunda bastainfo.com saytının digər əməkdaşları da dindirilib.

“İiyulun 9-dan başlayaraq demk olar ki, hər gün Bakı Şəhər Prokurorluğunda şahid qismində dindirlirəm. İyulun 10-dan bastainfo.com saytına Azərbaycandan giriş bloklanıb. İyulun 13-də və 14-də prokurorluq bastainfo.com saytı ilə əməkdaşlıq edən Müsavat Partiyasının fəalları olan Heybət Əmrahı, Rüfət Baxışbəylini, Könül Alını, Tural Hacıbəylini şahid qismində dindirib,” o, qeyd edib.

Elmar Vəliyev, Gəncə icra hakimi
Elmar Vəliyev, Gəncə icra hakimi

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Hətta özlərinin irəli sürdüyü ittihama aidiyyatı olmayan suallarla məni girinc edirlər. Mən bunu mənəvi işgəncə kimi qiymətləndirirəm.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Öz növbəsində, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə Mustafa Hacıbəylinin təzyiqə məruz qalması ilə bağlı bəyanatını təkzib edib.

“Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Mustafa Hacıbəyli həmin iş üzrə dindirilir. Hacıbəylinin hər hansı təzyiqə məruz qalmasından söhbət belə gedə bilməz”, Sultanov qeyd edib.

XS
SM
MD
LG