Accessibility links

az24saat.org saytına xəbərdarlıq edilib


az24saat.org saytı
az24saat.org saytı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi avqustun 6-na keçən gecə "www.az24saat.org" saytına xəbərdarlıq məktubu göndərib. Məktubu mərkəzin direktoru Faiq Fərmanov imzalayıb.

“Avqustun 3-də “www.az24saat.org” internet informasiya ehtiyatında yayımlanan “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, 10 mart 2018-ci ildə yayımlanan “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, 1 fevral 2018-ci ildə yayımlanan “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?”, 3 avqust 2018-ci ildə yayımlanan “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələrdə böhtan, yalan və qərəzli ifadələrə yol verilib.

“KİV haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarına əsasən böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir. Bu səbəbdən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar “www.az24saat.org.az” internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır”, xəbərdarlıqda deyilir.

Saytın rəhbəri Vüqar Qurdqanlı adı çəkilən məqalələrdə qərəz və böhtanın olmadığını bildirib.

"24saat.org saytı olaraq bildiririk ki, sözügedən yazıların heç birində heç bir qərəz, yalan və böhtana yol verilməyib. Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətlərini aşaraq xəbərdarlıq etdiyi yazıların hər birində Prezidentin köməkçisi Əli Həsənovun adı hallanıb”, o qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov məqalələrdə yazılanlara və Elektron Təhlükəsizlik Xidmətinin xəbərdarlığına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG