Accessibility links

Bloger Mehman Hüseynov müvəqqəti azadlıqda [Video]


Bloger Mehman Hüseynov anasının dəfninə görə müvəqqəti azadlıqda
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Bloger Mehman Hüseynov anasının dəfninə görə müvəqqəti azadlıqda

M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib

Avqustun 6-sı axşama doğru həbsdəki bloger Mehman Hüseynov qısa müddətə evə buraxılıb. Penitensiar Xidmət onun vəfat etmiş anasının dəfn mərasimində iştirak etməsinə icazə verib.

M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

Vəkilləri onun qısa müddətə buraxılmasından ötrü əlaqəli qurumlara müraciət etmişdilər.

F.Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət etmişdilər.

Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər. Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. Bloger həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə yenidən aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.Bundan sonra Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını təsdiq edib.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG