Accessibility links

Emin və Mehman Hüseynovların anası dəfn olunub [Video]


Emin və Mehman Hüseynovların anası dəfn olunub
please wait

No media source currently available

0:00 0:07:52 0:00

Emin və Mehman Hüseynovların anası dəfn olunub

Dəfn mərsaimində yüzlərlə insan iştirak edib

Avqustun 7-də mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi Emin və həbsdə olan bloger Mehman Hüseynovların anası Firəngiz Hüseynova dəfn edilib. Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən bu gün saat 18-dək buraxılıb.

Hüseynovların Bakının Qaraçuxur qəsəbəsindəki evlərinin qarşısına vida üçün yüzlərlə insan - qohumlar, jurnalist ictimaiyyətinin nümayəndələri, vətəndaş fəalları və siyasi fəallar, müxalifət partiyalarının liderləri toplaşıb.

Firəngiz Hüseynova
Firəngiz Hüseynova

Firəngiz Hüseynova Suraxanı qəbirstanlığında torpağa tapşırılıb.

Vida mərasimində siyasi liderlərdən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Mehman Hüseynov çıxış edib. Emin Hüseynov isə anası ilə skype vasitəsilə vidalaşıb.

“Ana məni və qardaşımı bağışla, son nəfəsində yanında ola bilmədiyimizə görə bizi bağışla. Vaxt gələcək biz, sənin də dəstəklədiyin azadlıq ideyaları uğrunda mübarizdədə qalib gələcəyik. O zaman sənin qəbrini ziyarət edəcəyəm”, Emin Hüseynov qeyd edib.

E.Hüseynov çıxışında anasınn ölümünü siyasi qətl adlandırıb. Onu hazırki rejimin qətlə yetirdiyni bildirib.

Siyasi liderlər Mehman Hüseynovu anası ilə son nəfəsdə vida üçün həbsxanadan buraxmamasına görə hazırki iqtidarı sərt tənqid edib.

“Vaxt gələcək hər kəs əməlinin bədəlini alacaq. Siyasi məhbusların ailələrindən qisas almaq olmaz”, İsa Qəmbər qeyd edib.

Mehman Hüseynov
Mehman Hüseynov

AXCP sədri Əli Kərimli iqtiarın Mehman Hüseynovun anası ilə vidalaşmağa buraxmamasını siyasi qisas adlandırıb.

“Mehmandan ona görə qisas alırlar ki, o bu kopprursioner rejimin cinayətlərinin üstünü açır”, Kərimli bildirib.

Mehman Hüseynov anasının ölümünün onu korrupsiyaya qarşı mübarizədən çəkindirməyəcəyini bildirib.

“Həbsxanadan sağ çıxsam, mübarizəmi ikiqat gücləndirəcəm. Anamın ad gününə bir gün qalmış ölümü bəlkə də biz qardaşlara mesaj idi. Amma biz yolumuzdan dönməycəcyik”, o qeyd edib.

Qeyd edək ki, avqustun 6-da da M.Hüseynovu bir neçə saatlıq cəzaçəkmə müəssisəsindən buraxıblar, amma gecəni ata evində yaxınları ilə keçirməsinə icazə verməyiblər.

Emin və Mehman Hüseynovların anasının dəfn mərasimi
Emin və Mehman Hüseynovların anasının dəfn mərasimi

Bloger Mehman Hüseynov və qardaşı Emin Hüseynov çıxışlarında həmçinin bildiriblər ki, anaları Neftçilər Xəstəxanasında qəribə şəraitdə vəfat edib.

İyulun 15-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdən sonra o, reanimasiyada olub və süni nəfəs aparatına qoşulub.

Amma ölümündən bir gün əvvəl onu reanimasiyadan intensiv kardiologiya şöbəsinə keçiriblər. Avqustun 6-na keçən gecə vəfat edib.

Anasının ağır vəziyyətdə olmasına baxmayaraq, blogerin anası ilə görüşməsinə icazə verməyiblər.

Mehman Hüseynov 3 mart 2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsi rəisinin iddiası əsasında böhtan ittihamı ilə həbs edilib.

İddianın verilməsi üçün blogerin 2017-ci ilin yanvarında bu polis idarəsində işgəncələrə məruz qalması haqqında bəyanatları bəhanə olub.

Amnesty İnternational təşkilatı bloeri "vicdan məhbusu" kimi tanıyıb.

Emin Hüsenyov 2015-ci ildə mühacirətə gedib. Onun rəhbərlik etdiyi RATİ 2014-cü il avqustun 8-də istintaq orqanları tərəfindən bağlanıb. Emin Hüseynov 10 ay İsveçrənin Azərbaycandakı səfirliyinə sığındıqdan sonra bu ölkənin xarici işlər nazirinin Bakıya səfəri zaman onun təyyarəsində ölkəni tərk edib. Hazırda İsveçrədə mühacirətdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG