Accessibility links

Məhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıb [Video]


Məhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıb
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Məhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıb

Bloger vaxtından əvvəl şərti azad edilməsi üçün məhkəməyə müraciət edib

Avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə video bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətinə baxıb. Məhkəmə onun müraciətini təmin etməyib.

Məhkəmə iclası blogerin saxlanıldığı Bakı şəhəri, Qızıldaş qəsəbəsindəki 14 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

Cəzaçəkmə müəssisəsi Sovet dönəmində daş karxanalarının yerləşdiyi ərazidə tikilib. Həbsxananın ətrafı boz çöllüklərdir və küləkli havada karxanalardakı daş tozunun dumanı həbsxananı görünməz edir. Sovetlər dövründə ən çətin islah olunan məhbuslar, o cümlədən siyasi məqsədlərlə həbs edilənlər cəzalarını məhz bu həbsxanada çəkib.

M.Hüseynovun vəkili Şəhla Hümbətova bu günki məhkəmədən sonra bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkəməyə verdiyi rəyə görə bloger hələ islah olunmayıb. Buna əsas kimi onun müəssisədəki ictimai tədbirlərdə, iməcilik işlərində iştirak etməməsi göstərilib. Rəhbərlik iddia edib ki, bloğer müəssisə əməkdaşlarına qarşı da səmimi deyil.

Hakim 14 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin bu rəyi əsasında M.Hüseynovu şərti azadlığa buraxmaqdan imtina edib.

Vəkil Şəhla Hümbətovanın sözlərinə görə Mehman Hüseynov hakimin qərarından məyus olmayıb.

"Mehman hakimin qərarını gülüşlə qarşıladı. Bildirdi ki, onun azad edilməməsində cəzaçəkmə müəssisəsinin müsbət və ya mənfi xasiyətnaməsi hər hansı rol oynamır. İctimai tədbirlərdə iştirak etməməsi ilə bağlı iddiaya gəlincə, bloger dedi ki, ilk öncə müəssisədə bütün məhbusların yerləşə biləcəyi ictimai yer yoxdur. İkinci də, o azadlıqda olanda çoxsaylı konsertlərdə, ictimai tədbirlərdə iştirak edib. Bu səbəbdən də ictimai tədbirlər olan yerlərə getmir ki, digər məhbuslar iştirak etsin", vəkil qeyd edib.

Hümbətova Qaradağ Rayon Məhkəməsinin qərarından yuxarı məhkəmə instansiyasına şikayət verəcəyini bildirib.

Bloger Cinayət Məcəlləsinin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət etmişdi. M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib.

M.Hüsenov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkməsinin qərarı ilə polisə böhtan atma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Buna səbəb 2017-ci ilin yanvarnda M.Hüseynovun Nəsimi Rayon Polis İdarəsində saxlanılması olub. O, məhkəmənin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraıxlıb. Məhkəmədən sonra M.Hüseynov polis idarsində işgəncələrə məruz qalması haqğında açıqlama verib. Bundan sonra adı çəkilən cinayət işi başlanılıb.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.

Bu il avqustun 6-da M.Hüseynovun anası Firəngiz Hüseynova vəfat edib. Bloger anasının dəfnində iştirak üçün qısa müddətə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG