Accessibility links

Jurnalistin həbsindən 4 il keçir [Video]


Seymur Həzinin həbsindən 4 il keçir
please wait

No media source currently available

0:00 0:04:37 0:00

Seymur Həzi 5 il azadlıqdan məhrum edilib

Azadlıq qəzetinin siyasi şərhçisi Seymur Həzinin həbsindən 4 il keçir.

2014-cü il avqustun 29-da avtobus dayanacağında bir şəxs jurnalisti təhqir etməyə başlayır. Daha sonra həmin şəxs Həzinin reaksiya vermədiyini görərək ona hücum edir. Özünü müdafiə edən jurnalsit saxlanılır. Abşeron rayon Məhkəməsi jurnalistixuliqanlıqda təqsirli bilərək 5 il, ona hücum edən şəxsi isə 6 ay həbsə məhkum edir.

Seymur Həzi özünü təqsirli bilmir və məhkəmədə deyir ki, onun mübarizəsi xeyir və şər mübarizəsidir. “Dövlət hüquqa və ədalətə əsaslanır və biz Azərbaycanda dövləti bərpa edəcəyik”, jurnalist bildirib.

Nigar Həzi jurnalistin həyat yoldaşıdır. Onun da həyatı keçməkeşlidir. Özü və atası Tofiq Yaqublu həbs həyatı yaşayıb. Tale elə gətirib ki, Nigar ilə Seymurun nigah mərasimi də həbsxana divarları arasında olub. 2016-cı ilin avqustunda Seymur Həzinin saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində Nigar Həzi ilə nikah mərasimi keçirilib. Nigar Həzi hər həftə həbsxanaya həyat yoldaşının görüşünə gedir.

“Seymur nikbindir, əfv və ya bağışlanması üçün heç zaman müraciət etməyəcək. Buna baxmayaraq könül Seymurun vaxtından əvvəl azad edilməsini istəyir”, Nigar Həzi Amerikanın Səsinə müsahibəsində deyib.

O, Seymur Həzinin hələ şox məqalələr yazacağını deyir. Həbs müddəti bitədənədək keçmiş səhiyyə naziri Əli İnsanov kimi yenidən həbs ediləcəyi ehtimalını istisna etmir.

Turan agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, Seymur Həzi Azərbaycan jurnalistikasının əsas simalarından biridir.

“Jurnalistlərin həbsi səhv siyasətdir. Ümid edirəm ki, bu siyasət tezliklə dəyişəcək”, o qeyd edib.

Seymur Həzi “Amnesty İnternational” təkşilatı tərəfindən vicdan məhbusu elan edilib. O, çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.

XS
SM
MD
LG