Accessibility links

Əvəz Zeynallı: "Saytımızın bloklanması siyasi qərardır"


Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi hakim Şahin Abdullayevin sədrliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin az24saat.org və xural.com saytlarının bolklanması haqqında müraciətlərini təmin edən Səbael rayon Məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.

Bu il avqustun 6-da Xural.com, az24saat.org və digər bir neçə sayta giriş bloklanıb. Avqustun 8-də məhkəmələr bu saytlara girişin bloklanması barədə qərarlar qəbul edib.

Saytların rəhbərləri bloklanmaya tənqidi məqalələrin dərcinin səbəb olduğunu bildiriblər. Redaktorlar tənqidi məqalələrin qanunauyğun yazıldığına və məqalələrlə bağlı hər hansı məhkəməyə müraciət edilmədiyini bildirib.

Xatırladaq ki, indiyədək Azərbaycanda məhkəmə qərarı ilə AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı Amerikanın Səsinə müsahibəsində saytın bağlanmasını siyasi qərar kimi qiymətləndirib.

please wait

No media source currently available

0:00 0:03:10 0:00

"Saytımızın bloklanması siyasi qərardır. Ölkə hakimiyyətinə daxil olan qruplaşmalardan birinin Rabitə Nazirliyi vasitəsilə verdiyi qərardır. Bunlara sərf edə bilməyəcək tərzdə olan saytların, jurnalistlərin fəaliyyətinin məhdudlaşıdırılmasından söhbət gedir. Yəni burada siyasi qərardan başqa hər hansı bir qərar yoxdur. Çünki bütün peşəkarlıq nöqteyi-nəzərindən biz haqlıyıq. O qədər siyasi çalar görünür ki, heç bir hüquqa, heç bir qanuna, heç bir mətbuat haqqında qanuna uyğun deyil bunlar. Siyasi qərardır. Prezident Administrasiyasından zəng edib deyiblər ki, Xural qəzeti bağlanmalıdır".

Növbəti addımlara gəldikdə isə Əvəz Zeynallı apellyasiya məhkəməsinin bugünkü qərarında Ali Məhkəməyə, oradan isə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

“Avropa Məhkəməsində udacağıq. Azərbaycan dövlətinin cərimələdəcəyik, fəaliyyətimizi də davam edəcəyik”, o bildirib.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə internet azadlığının tam təmin edildiyini bildirib. Hökumət bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG