Accessibility links

Əflatun Amaşov: İnformasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihəsi hazırlanmalıdır


"Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Hikmət Məmmədov qeyd edib ki, sosial şəbəkədən geniş istifadə olunur və bu baxımdan da bu sahənin qanunla tənzimlənməsi zəruridir.

Deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.

Eyni zamanda deputat Zahid Oruc Azərbaycana qarşı fəaliyyət göstərənlərə cavab verməyə çağırıb.

Onun sözlərinə görə, informasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “YouTube” video portalına verir.

“Hazırda “YouTube”-u izləyənlərin sayı 1 milyardı keçir. 21-ci əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır, sosial media üzərindən öz təbliğatını aparmalıdır", deyə o bildirib.

Deputat həmçinin terrorla bağlı qanunvericiliyə yenidən baxmağı təklif edib.

“Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir", o bildirib.

Mətbuat şurasının sədri, deputat Əflatun Amaşov isə İnformasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalı olduğunu düşünür.

Onun sözlərinə görə internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir.

“Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər, o bildirib.

Azərbaycanda internet mediası "Kütləvi informasiya vasitələri haqqında" qanunla tənzimlənir.

1999-cu ildə qəbul edilmiş qanuna indiyədək bir neçə dəfə dəyişiklik edilib. Həmin dəyişikliklərdən bir neçəsi məhz internet mediası ilə bağlı olub. 2001-ci ildə qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklə internet kütləvi informasiya vasitələri sırasına daxil edilib.

Həmin maddəyə görə, kütləvi informasiya vasitələri dedikdə, dövri mətbu nəşrlər, tele-radio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG