Accessibility links

ATƏT-in Media Ofisinin rəhbəri jurnalistin taleyindən narahatdır


Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi
Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi

“Mən Kanal13-ün jurnalisti İsmayıl İslamoğlunun tənqidi baxışlarına görə polis tərəfindən qaçırılaraq işgəncəyə məruz qalması ilə bağlı məlumatlardan narahatam".

Bu barədə ATƏT-in Media Ofisinin rəhbəri Harlem Dezir özünün twitter səhifəsində yazıb.

ATƏT-in Media Ofisinin rəhbəri Azərbaycan hakimiyyətindən hadisəyə dair hərtərəfli və şəffaf araşdırma aparılmasını xahiş edib.

"Kanall3.tv" internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.

İ.İslamoğlu bildirib ki, oktyabrın 26-da tanımadığı şəxslər onu oğurlayıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgəncələrə məruz qalıb.

O hesab edir ki, onun nümunəsində adam oğurluğu baş verib və bu işdə günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir.

İ.İslamoğlu bildirib ki, onun itkin düşüb, sonra yenidən tapılması haqqında verilən bəyanat həqiqəti əks etdirmir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti "Kanall3.tv" internet televiziyasının müxbirinin saxlanılması barədə yayılan məlumatları təkzib edib.

Yerli mediada yer alan məlumatlara görə, İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu “Jara” festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.

XS
SM
MD
LG