Accessibility links

Jurnalistin ölkədən çıxışına qadağa qoyulub


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Oktyabrın 31-də Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəylinin Gürcüstanda keçiriləcək beynəlxalq konfrans üçün Azərbaycandan çıxışına icazə verilməyib.

O, Bakı hava limanındakı sərhəd buraxılış məntəqəsindən buraxılmayıb. Sərhədçilər jurnalistə bildiriblər ki, onun ölkədən çıxışına qadağa Baş Prokurluq tərəfindən qoyulub.

"Gəncədə baş verən məlum olaylardan sonra, iyulun 7-də bəzi saytların girişinə blok qoyuldu. Bəzi yazılara görə də fakt üzrə cinayət işi qaldırılmışdı. Həmin saytlardan biri də bastainfo.com idi", deyə Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib.

O, cinayət işini və ölkədən çıxışına qoyuluş qadağanı qanunsuz hesab edir. Jurnalist qeyd edib ki, şahid qismində cəlb edilib və ona ölkədən çıxışının qadağan edildiyi barədə xəbərdarlıq edilməyib.

Hacıbəyli ölkədən çıxışına qadağa qoyulmasından məhkəməyə şikayət etmək niyyətindədir. O, artıq məhkəməyə saytın bloklanması ilə bağlı şikayət verib. Amma birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib, apellyasiya məhkəməsi isə oktyabrın 31-də bu qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, bu günə qədər bir neçə jurnalistin və çox sayda vətəndaş cəmiyyəti fəalının ölkədən çıxışına qadağa qoyulub.

XS
SM
MD
LG