Accessibility links

Mustafa Hacıbəyli: "Həbs olunacağımı istisna etmirəm" [Video]


Mustafa Hacıbəyli: "Həbs olunacağımı istisna etmirəm"
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Mustafa Hacıbəyli: Həbs olunma ehtimalı çox yüksəkdir

Baş redaktor ittihamları qəbul etmir

Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli dekabrın 5-də Bakı Şəhər Prokurorluğuna çağırılıb.

Bu barədə Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib.

"Bakı Şəhər Prokurorluğundan zəng etmişdilər. Mənim saat 16-da prokurorluqda olmağımı istədilər", Hacıbəyli deyib.

O çağırışın prokurorluqda ona qarşı açılmış cinayət işi ilə bağlı olduğunu bildirib.

Baş redaktor ona qarşı irəli sürülmüş ittihamlarla razı deyil.

"Tamamilə əsassız ittihamlardı. Həmin cinayət təqibinə səbəb olan iki məqalə bu gün də internet saytlarında durur. Burada qətiyyən heç bir çağırış yoxdur. Heç bir qanunsuz ifadə yoxdur. Şərəf və ləyaqət məsələsinə yozulası da bir cümlə yoxdur.Tamamilə təmkinlə yazılmış təhlildir. Bu ittihamlar söz azadlığına qarşı növbəti qəsddir. İfadə azadlığına qarşı atılmış addımlardır. Bu hakimiyyətin apardığı repressiya siyasətinin davamıdır", o bildirib.

Mustafa Hacıbəyli həbs olunacağını da isitisna etmir.

“Belə başa düşürəm ki qərarı məhkəmə verəcək. Azərbaycan məhkəmələrinə bizim güvəncimiz nə dərəcədədir, biz bilirik. Azərbaycan məhkəmələrindən ədalətli bir qərar gözləmirəm. Bu gün mistəntiqlərin xüsisilə tələsməsi, bu istintaq sirri olduğu üçün deyə bilmədim, bəzi başqa məslələr də onu göstərir ki, həbs olunma ehtimalım çox yüksəkdir", baş redaktor deyir.

M.Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılması ötən həftə bəlli olmuşdu. Prokurorluğa çağırılan jurnalistə bildirilmişdi ki, Gəncə hadisələri ilə bağlı barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin, M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb ki, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamlar internet vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb.

Prokurorluq bastainfo.com saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Bundan sonra bastainfo.com saytına giriş məhdudlaşdırılıb.

Mustafa Hacıbəyli dəfələrlə prokurorluğa çağırılaraq dindirilib. Həmçinin saytın əməkdaşları Bakı Şəhər Prokurorluğunda şahid qismində ifadə veriblər.

Sayt rəhbərinin ölkədən çıxışına da qadağa qoyulub.

XS
SM
MD
LG