Accessibility links

ABŞ səfiri və mədəniyyət naziri Qubada Gümbəzli hamamın açılışında işitrak edib [Fotoqalereya]


İkigümbəzli hamam
İkigümbəzli hamam

Hamam ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun dəstəyi ilə bərpa edilib

Martın 26-da ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun (SMDF) dəstəyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bərpa edilmiş Qubadakı (Bakıdan 158 kilometr şimal) tarixi Gümbəzli (Çuxur) hamamın açılışı olub.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfri Robert Sekuta, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, yerli icmanın çoxsaylı nümayəndələri iştirak edib.

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Quba rayonu qədimdən mədəni və multikultural kökləri ilə məşhurdur. Onun sözlərinə görə, rayon ərazisində iyirmidən çox etnik qruplar yaşayır və onlara aid çoxasaylı tarixi abidələr qorunub saxlanılır.

“Mədəni və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün abidələr bərpa edilir, qorunub saxlanılır”, o qeyd eidb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda tarixi abidələrin qorunması və bərpası sahəsində hökumətin həyata keçirdiyi layihələrdən danışıb.

"İndi bərpası həyata keçirilən abidə yerli xalqın memarlıq istedadından xəbər verir. Bu abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olub. Qubada yerləşən abidənin bərpasına xarici ölkənin cəlb olunması bu rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır", nazir bildirib.

Nazir həmçinin Azərbaycan prezidenti İlham Əliyevin martın 25-də Bərdə şəhərində (Bakıdan 305 kilometr qərb) 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilən “Allah-Allah” türbəsinin bərpadan sonra açılışında iştirak etdiyini xatırladıb.

ABŞ səfiri Robert Sekuta bildirib ki, səfirlərin vəzifəsi yalnız ölkələr arasında deyil, ölkələrin xalqları arasında da əlaqələri gücləndirməkdir.

"Ən gözəl əlaqələr məhz mədəniyyətlər vasitəsi ilə qurulur. Tarix hamımızı bir araya gətirir. Dünyada şər qüvvələr xalqları bir-birindən ayrı salmağa çalışır. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. Layihəyə 2014-cü ilin martından başlanıb. Bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq", səfir qeyd edib.

Daha sonra hamamın açılışı ilə bağlı təntənə olub.

İkigümbəzli hamam bişmiş qırmızı kərpiclə 19-cu əsrdə inşa edilib. Şərq memarlıq üslubunda tikilən hamam 1979-ci ilin sonunadək fəaliyyət göstərib. Gümbəzlərinin hündürlüyü 9 metrdir. Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib.

SMDF 2001-ci ildən etibarən dünyanın yüzdən çox ölkəsində müxtəlif qədim və tarixi abidələrin, nadir əlyzmalar və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış arxeoloji ərazilərin, ənənəvi sənətkarlıq texnikalarının, yerli dillərin və eləcə də mədni ifadənin müxtəlifformalarını əks etdirən mədəni irsin qorunmasına dəstək verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG