Accessibility links

Fuad Poladov vəfat edib


Fuad Poladov
Fuad Poladov

Azərbaycanın teatr və kino aktyoru Fuad Poladov vəfat edib.

O ölkədə lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl nümayəndəsi kimi tanınır. Fəlsəfi-dramatik və faciə üslublu əsərlərdə rolların ifaçısı idi.

Poladov həmçinin qabaqcıl ictimai xadim simasını qoruyub-saxlayan insan kimi qəbul edilir.

F.Poladov 1948-ci ildə Bakıda anadan olub.

Poladov aktyor fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.

O, bir çox kinofilmlərdə obrazlar yaradıb.

Bura “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və başqa filmlər daxildir.

F.Poladov son illər xərçəng xəstəlyindən əziyyət çəkirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG