Accessibility links

Medvedev: Biznesmenlər dəvət edilməsə Rusiya Davos forumunu boykot edəcək


Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Oleq Deripaska daxil olmaqla, digər oliqarxlar prestijli tədbirə dəvət edilməsə, Rusiyanın nümayəndə heyəti yanvar ayında Davos İqtisadi Forumunda iştirak etməyəcək.

Rusiyanın bir neçə oliqarxı və prezident Vladimir Putinin bəzi müttəfiqləri Davos İqtisadi Forumuna dəvət olunmayıb.

“Əgər Rusiyanın biznes nümayəndələri ilə bağlı bu qərarlar dəyişməsə, o zaman biz Davos forumunda dövlət nümayəndələri və Rusiya şirkətlərinin iştirakını təxirə salacağıq”-deyə Medvedev bildirib.

“O zaman heç kəs oraya getməyəcək. Gözləyək, görək, nə olur”, Medvedev əlavə edib.

Palermoda İtaliyanın sponsorluğu ilə Liviya böhranına dair danışıqlarda iştirak edən Medvedev qərarı “qəribə” adlandırıb.

Arxiv fotosu- Rusiya prezidenti Vladimir Putin və oliqarx Oleq Deripaska Asiya-Sakit okean ölkələrinin məşvərət şurasının Vyetnamda, Dananqda forumunda, 10 noyabr, 2017.
Arxiv fotosu- Rusiya prezidenti Vladimir Putin və oliqarx Oleq Deripaska Asiya-Sakit okean ölkələrinin məşvərət şurasının Vyetnamda, Dananqda forumunda, 10 noyabr, 2017.

Rusiya baş naziri deyib ki, vəziyyəti İsveçrə prezidenti Aleyn Bersetlə müzakirə edib və o, məsələnin nəzərdən keçirilməsinə söz verib.

Financial Times qəzeti keçən həftə milyarderlər Oleq Deripaska, Viktor Vekselberq və Rusiyanın dövlət bankı VTB-nin rəhbəri Andrey Kostinin yanvar ayında Davosda prestijli foruma qatılmalarına qadağa qoyulduğu haqda məlumat verib.

Qəzet vəziyyətlə bağlı məlumatlı mənbələrə istinadən qərarın Vaşinqtonun təzyiqləri nəticəsində verildiyini bildirib.

Rusiya oliqarxları bu ilin əvvəli Vaşinqtonun Rusiyanın beynəlxalq səhnədə təcavüzkar fəaliyyətlərinə görə cəza tədbirləri gördüyü vaxt tətbiq edilmiş ABŞ sanksiyaları altındadır.

Bu üç şəxs Putinin yaxınları hesab edilir və əvvəllər Davos forumunda iştirak ediblər.

Deripaska Davosda araq və qara kürü verildiyi və kazak rəqslərinin ifa edildiyi ziyafətlərin təşkili ilə tanınır.

Kreml bildirib ki, Rusiya milyarderləri qara siyahya salınsa, Davos forumu “öz köklərini rədd etmiş” olacaq.

XS
SM
MD
LG