Accessibility links

Medvedev Suriya üsyançılarına dəstəyi qəbuledilməz adlandırıb


Rusiyanın baş naziri Dmitri Medvedev Fransanı Suriya müxalifətinə dəstək verdiyinə görə tənqid edərək, bu qərarı qəbuledilməz adlandırıb.

Fransaya səfəri ərəfəsində Fransa jurnalistləri ilə söhbət edən Dmitri Medvedev yeni müxalifət koalisiyasının Suriya xalqının yeganə legitim təmsilçisi kimi tanınması qərarı rejim dəyişikliyinə bərabərdir. “Əsəd rejiminin taleyi necə olacaq, cənab Əsədin şəxsi taleyi necə olacaq? Bunu Suriya xalqı müəyyən etməlidir. Bu müxalifət qüvvələri tərəfindən də həll edilə bilər. Onlar hakimiyyətə hüquqi prosedur əsasında gəlməlidir, başqa bir ölkənin hökuməti tərəfindən təmin edilən silah nəticəsində deyil. Başqa bir ölkənin hökumətinə təsir göstərmək üçün bəzi siyasi qüvvələrin suverenliyin yeganə göstərici kimi tanınması mənə sivil bir qərar kimi görünmür”-deyə cənab Medvedev bildirib.

Fransa Suriyanın yeni müxalifətini tanıyan ilk ölkələrdən biri olub. Moskva Suriyada münaqişəyə xarici müdaxiləyə dəstək vermədiyinə görə tənqidlərlə qarşılaşıb.
XS
SM
MD
LG