Accessibility links

Amerikada “Mega Millions” və “Powerball” lotereyalarının uduş məbləği rekord həddə çatıb


Bu həftə Birləşmiş Ştatlarda “Mega Millions” və “Powerball” lotereyalarının uduş məbləği bir milyard dollardan yuxarıya qalxıb.

“Mega Millions” üçün cekpot record məbləğə, 667 milyon dollara çatıb ki, bu lotereyanı udan nəğd olaraq 380 milyon dollar ala bilər.

Çərşənbə axşamı oynayan lotereyanın uduş nömrələri bunlar olub: 3-45-49-61-69, Meqa boll 9.

Əgər bu nömrələrlə olan lotereyanı udan olmayıbsa, cümə günü uduş məbləği 868 millyon dollara yaxın olacaq.

Bu gün oynayan “Powerball” cekpotu isə təqribən 345 milyon dollardır.

XS
SM
MD
LG