Accessibility links

1.05 milyard dollarlıq Mega Millions biletini Miciqan sakini qazanıb


Miçiqan ştatının sakinlərindən biri ABŞ tarixində üçüncü ən böyük lotereya mükafatı olan 1.05 milyard dollarlıq Mega Millions biletini alıb.

Qazanan bilet Detroit ətrafındakı bir Kroger mağazasından satın alınıb.

Mega Millions sentyabrın 15-də Viskonsində qazanclı bir biletin satışından sonra artmaqda idi.

Lotereyanın növbəti uduş təxmini 20 milyon dollardır.

Bu, cümə gecəsi Merilenddə satılan bir biletin bütün altı rəqəmlə uyğun gəlməsi ilə 731,1 milyon dollarlıq Powerball uduşundan iki gün sonra baş verib.

ABŞ-da yalnız iki dəfə lotereya uduşu çox böyük olub.

1.586 milyard dollarlıq Powerball-un üç bileti 2016-cı ilin yanvar ayında, digər bilet isə 2018-ci ilin oktyabr ayında satılmışdı. Onların qazancı 1.537 milyard dollar olmuşdu.

Mega Millions-u qazanma ehtimalı 302.5 milyondan birdir.

XS
SM
MD
LG