Accessibility links

Mehdi İbrahimovun həbsxanada aclığa başladığı bildirilir


Mehdi İbrahimov
Mehdi İbrahimov

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində (Tubzon) həbsinə etiraz olaraq artıq 3 gündür aclıq aksiyasına başladığı bildirilir.

“Mehdi İbrahimov xəbər göndərib ki, yanıma yemək gətirməyin. 3 gündür yemək yemir, aclıq aksiyasına başladıb. Cəmi bir dəfə evə bir dəqiqəlik zəng edib. Ombudsman deyir biz yaxşı işləyirik, bizdən şikayət etməyin. Elə budur yaxşı işləməkləri? Günlərdir əlaqə saxlaya bilmirik. Taleyindən xəbərsizik,” onun qardaşı Turan İbrahim facebook səhifəsində yazıb.

Öz növbəsində, Amerikanın Səsinin Penitensiar Xidmətdən Mehdi İbrahimovun aclıq etməsi ilə bağlı məlumata şərh alması hələ mümkün olmayıb.

Mehdi İbrahimov iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiyadan sonra saxlanılıb.

AXCP funksionerinin iqtidarada olan Yeni Azərbaycan Partiyasının üzvü olan oğlu Mehdi İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq batrəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi Mehdi İbrahimovun insident törədənlərin arasında olmadığını və bunu sübut edən hər hansı video, foto faktın olmadığını bildirir. Mehdi İbrahimovun ailəsi onun COVİD-19 İinfeksiyasının dağıyıcısı olmadığını və karantinə alınmadığını deyib.

Mehdi İbrahimin həbsindən sonra onun atası Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələr üzrə fəalı 20 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Məmməd İbrahim barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məmməd İbrahim məhkəmədə həbsinin əsassız və qanunsuz olduğunu bildirib. O qeyd edib ki, iyulun 14-15-də keçirilən aksiyada ümumiyyətlə iştirak etməyib və heç kimi bu nümayişə göndərməyib, hansısa qanunsuz hərəkətlərə təhrik etməyib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG