Accessibility links

“Təbriz Universiteti türk dili bölümünün tədris proqramında siyasi istiqamətlər var”


Mehdi Nəimi Amerikanın Səsinə müsahibədə deyir ki, İran Azərbaycanında milli fəallar üçün türk dilində təhsil tələbi nə qədər önəmlidirsə, İran hakimiyyəti üçün də bu tələbin yerinə yetirilməməsi o qədər önəmlidir.

“Təbriz Universiteti türk dili bölümünün tədris proqramında siyasi istiqamətlər var”
please wait

No media source currently available

0:00 0:13:35 0:00

2016-cı ildə təsis edilmiş Təbriz Universitetinin Türk Dili və Ədəbiyatı bölümü bu yaxınlarda ilk məzunlarını yola salıb. Nəimi bunu İran Azərbaycanında fəaliyyət göstərən türk dil haqları müdafiəçiləri üçün kiçik də olsa bir nailiyyət hesab edir.

Milli fəalların tələblər siyahısının başında hər zaman ana dili məsələsi olub. Qarşı tərəfə baxdığımızda, bu, onlar üçün də önəmli məsələdir ki, onlar da bunun ayaq tutmasını istəmirlər.

O, “Güney Azərbaycan Milli Hərəkatında” türk dilində təhsilin hər zaman tələblər siyahısının başında gəldiyini vurğulayır:

“Sadəcə İslam İnqilabından sonra deyil, ondan öncə də dil məsələsi bizim toplumda var idi. Rəhmətlik Seyyid Cəfər Pişəvərinin sözlərinə baxanda da bunu görürük. 1945-də Milli Hökümətin qurulmasının ardınca Güney Azərbaycanda atılan ilk addımlardan biri mağazaların lövhələrinin türkcə yazılması idi.”

Mehdi Nəiminin sözlərinə görə, İran Azərbaycanında milli fəalların ana dilində təhsilin həyata keçirilməsi nə qədər cəhd göstərirlərsə, hakimiyyət də bir o qədər bu haqqın verilməməsi yönündə cəhd göstərir.

“Son illərdə də Güney Azərbaycandaki milli fəalların tələblər siyahısının başında hər zaman ana dili məsələsi olub. Qarşı tərəfə baxdığımızda, bu, onlar üçün də önəmli məsələdir ki, onlar da bunun ayaq tutmasını istəmirlər. Biz ana dili deyirik. Amma onlar buna bir siyasi vasitə kimi baxır. Həssasiyyətlə baxır. Sanki bizim millətimiz ana dilini öyrənirsə hakimiyyətdə olanların təxtini əllərindən alacaq,” o qeyd edir.

Nəimi Təbriz Universitetində türk dili bölümünün açılması və ilk tələbələrin təhsili bitirməsini milli hərəkatın bir nailiyyəti olaraq dəyərləndirir:

Gələcəkdə kəndlərimizdə, şəhərlərimizdə ana dili sinifləri açılsa, ən azından o sififlərin müəllimləri deyə bilərik ki, indidən hazırlanır.


“Baxmayaraq ki, bizim millətimizin istəyi təhsilin ana dilində olması, yəni bütün dərsləri öz ana dilində oxumasıdır, Amma Təbriz Universitetinin türk dili bölümü az da olsa bir nailiyyət sayılır. Bununla kifayətlənə bilmərik, amma yenə də sevinmək yeri vardır. İllər boyu bu dövlət adamları millətimizin səsinə ehtiyacları olduğu zamanlar ana dili məsələsinə müsbət yanaşardılar. Ancaq, nəticə verməzdi. Amma Təbriz Universitetində türk dili bölümü ilə bir miqdar nəticə vermiş oldu. Bunun başqa sevindirici bir yönü də var. Gələcəkdə kəndlərimizdə, şəhərlərimizdə ana dili sinifləri açılsa, ən azından o sififlərin müəllimləri deyə bilərik ki, indidən hazırlanır.”

O, eyni zamanda türk dili ixtisasının tədris proqramını tənqid edir və proqramda siyasi və ideoloji istiqamətlərin göründüyünü önə çəkir.

“Ümumi dərslərə toxunmuram. Mühəndislik də oxusaydılar bu ümumi dərsləri oxuyacaqdılar. Ancaq təməl dərslərdə gətirib, türk dilinin qrammatikası yanında fars dilinin qrammatikasını da qoyublar. Halbuki bunlar fars dilini deyil, türk dilini oxuyur. İxtisas dərslərində, misal üçün ‘Azərbaycanın farsca yazan şairləri’ başlığı var. Həm də bir dərs deyil, bir neçə dərs. Bu məsələ üzərində fokus var. Bolca fars şeiri və ədəbiyatı var. Sonra gətiriblər ki, İslam İnqilabının türk dilinə təsiri, və ya türklərin fars dilinə təsirini qoyublar. Belə belə şeylər ki, bunu dil proqramı olmaqdan çıxarır və siyasi istiqamətə girir” - deyə, Mehdi Nəimi əlavə edir.

XS
SM
MD
LG