Accessibility links

İranda prezident seçkilərində türklər niyə diqqət mərkəzindədir?


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

İranda prezidentliyə namizədlərin türk icmasının bəzi tələblərini tez-tez gündəmə gətirməsi müxtəlif siyasi kəsimlər ve medianın diqqətini cəlb edib. Yazar və siyasi fəal Məhəmməd Rəhmanifər Amerikanın Səsinə müsahibədə seçki kampaniyaları və debatlarda türklərin diqqət mərkəzində olmasının səbəblərini şərh edib.

İranda prezident seçkilərində türklər niyə diqqət mərkəzindədir?
please wait

No media source currently available

0:00 0:13:38 0:00

“Biz öncələr də görürdük, məsələn Həsən Ruhani Təbrizdə Türk Dil Qurumunun vədini verirdi. Urmiyədə Urmiyə Gölü ilə bağlı vədləri olurdu. Amma, bu dəfə debatlarda danışdıqları kimi açıq danışmadılar. Bu dəfə fərqli oldu,” Rəhmanifər deyir.

İran da bunu bilir ki, İranda yaşayan türklər, həm Türkiyə həm Azərbaycan Cümhuriyyətinin diqqətini çəkməyi bacarıblar. Buna görə, İran üçün bu mövzuda qonşu ölkələrə bir siqnal vermək önəm qazanır.

Onun sözlərinə görə, hazırkı şəraitdə prezidentliyə namizədlər bütün əhalinin diqqətini cəlb edəcək böyük iqtisadi vədlər səsləndirə bilmirlər:

“Keçən dövrdə məsələn, Ruhaninin debatlarda əsas sözü bu idi ki, biz Qərb ölkələri ilə bir anlaşmaya çatacağıq, ondan sonra iqtisadi inkişaf olacaq və bütün problemlər çözüləcək. Zatən əlində də bir açarla meydana gəlmişdi. Amma bu dəfə namizədlər, ümumi bir vəd, yəni, bütün ölkəyə şamil ola biləcək bir vəd verə bilmirlər. İqtisadi və siyasi açılım sözü verə bilmirlər. Versələr də, bilirlər ki, insanlar buna inanmayacaq. Ayrıca, bunlar zatən bilir ki, millət sandıqdan küsüb və səs vermək istəmir. Bu, küçələrdə və meydanlarda açıqca görünür. Bir başqa məsələ də budur ki, bu dönəmdəki namizədlərdə öncəkilərin xarizması da yoxdur.”

Onun dediklərinə görə, namizədlər bu vəziyyətdə bütün əhaliyə şamil olan vədlər yerinə, fərqli icmalara ayrı-ayrı vədlər verirlər.

“Bu durumda, namizədlər kütlə hədəflərini bölüb, bölgə-bölgə ayırırlar. Yəni, öncələr Ruhani ölkədə iqtisadi inkişafın olacağını deyirdisə, bu dönəmki namizədlər hissı-hissə danışır. Məsələn türklərə bir sıra vədlər verib, başqa kəsimlərə başqa vədlər verirlər,” təhlilçi söyləyir.

Məhəmməd Rəhmanifər həmçinin hesab edir ki, İslam Respublikası üçün türklərin seçkilərdə fəallığı İranın Türkiyə və Azərbaycan Respublikası ilə münasibətləri baxımından da önəmlidir.

Namizədlər kütlə hədəflərini bölüb və bölgə-bölgə ayırırlar. Yəni, öncələr Ruhani, ölkədə iqtisadi gəlişim yaşadacağam deyirdisə, bu dönəmki namizədlər tikə-tikə danışır.

O, əlavə edir, “düşünürəm ki, bu gün İrandakı türklər, özəlliklə də Güney Azərbaycanda 20-30 illik bir müddətin nəticəsi olaraq güclü bir oyanış müddəti yaşayıblar. Orada güclü bir türk mücadiləsi var. Son vaxtlar biz bunu Qarabağ savaşında gördük, və ya Təbriz Stadionunda 100 min insanın Türkiyə ordusuna əsgər salamı verməsində. Bu səbəb oldu ki, Türkiyə və Azərbaycan Respublikası da İranda yaşayan türkləri diqqətə alsınlar. Məsələn bir neçə ay öncə, Traktorun çempionluğunda biz gördük ki, Türkiyədən təbrik edənlər arasında tanınmış siyasətçilər, rəsmilər, partiya liderləri, bələdiyyə başqanları var idi. Yəni istər-istəməz İran da bunu bilir ki, İranda yaşayan türklər, həm Türkiyə, həm Azərbaycan Respublikasının diqqətini çəkməyi bacarıblar. Buna görə, İran üçün bu mövzuda qonşu ölkələrə bir siqnal verməyin önəm qazandığını demək yersiz olmaz.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG