Accessibility links

Xatəmi: Prezident seçkisi ölkənin böhrandan çıxması üçün tarixi bir fürsətdir


Məhəmməd Xatəmi
Məhəmməd Xatəmi

“Bu həssas tarixi anı dərk edək”, o qeyd edib

Mayın 15-i Tehranda islahatçı gənclərlə görüşən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi iyunda keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Xatəmi deyib:

“Qarşıdan gələn prezident seçkisi ölkənin böhrandan çıxması üçün tarixi bir fürsətdir. Bu həssas tarixi anı dərk edək. Mənə hörməti olanlar seçkiyə qatılaraq Haşimi Rəfsəncaniyə səs versin. Mən bu xahişi hamıdan edirəm. Hamı Rəfsəncaninin tərəfinə keçməlidirlər ki, bəlkə bu böhranda çıxa bilək və ürəklər bir-birinə yaxınlaşsın, iqtisadiyyat dirçəlsin, ölkəyə hakim polis atmosferi ortadan qaldırılsın və xarici təhdidlər azalsın.

Biz istəsək də, istəməsək də, etiraf etsək də, etiraf etməsək də, ölkə və cəmiyyət böhranla üz-üzə qalıb. İndiki durum davam etsə, bu böhran hər yeri bürüyəcək, onun ziyanı hamıya gəlib çatacaq, cəmiyyətə isə çoxlu problemlər yaradacaq. Bizim hamımızın dini, milli, inqilabi, insani və ziyalı borcumuz odur ki, əl-ələ verib bu böhrandan çıxmağa çalışaq. Bütün bu məsələləri nəzərə alaraq güman edirəm ki, Haşimi Rəfsəncani ölkənin böhrandan çıxarılması üçün nüfuz və təsiri ola biləcək ən münasib şəxsiyyətdir”.

Xatəmi 1997-2005, Rəfsancani isə 1989-1997-ci illərdə prezident kürsüsünü tutub.
XS
SM
MD
LG