Accessibility links

Vəkil: Gözəl Bayramlının ayaqları tutula bilər (Vəkil Zibeydə Sadıqova ilə müsahibə)


Gözəl Bayramlı
Gözəl Bayramlı

Məhkəmə AXCP sədrinin müavininin şikayətini təmin etməyib

İyulun 31-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının mayın 25-də və 26-da qanunsuz saxlanılması və hüquqların pozylması ilə bağlı şikayətini təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbayel Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib.

Rəsmi məlumatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib.

Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyalarının arasına qoyub və onun həbsi siyasi xarakter daşıyır.

Vəkil Amerikanın Səsinə müsahibəsində deyib ki, Gözəl Bayramlı bugünkü məhkəmədə iştirak edib.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

“Mayın 25-də saat 20.40-da Gözəl Bayramlı Qazax rayonunda Şıxlı dövlət sərhəd-keçid məntəqəsində saxlanılıb. Mayın 26-da Bakıya gətirilib və saat 23.30-da məhkəməyə aparılıb. Gözəl xanımın saxlanıldığı andan hüquqları təmin edilməyib. Onun müdafiəçisi olmayıb, hansı səbədən saxlanılması barədə xəbərdar ediməyib, yaxınları ilə əlaqə saxlamasına imkan verilməyib. Biz onun hüquqlarının bərpa olunması üçün məhkməyə şikayət vermişdik və məhkəmə şikayətimizi təmin etmədi”, vəkil qeyd edib.

Gğözəl Bayramlı məhkəmədə səhhətinin pis olduğunu deyib.

“Gözəl xanımın səhhəti pis olaraq qalır. Oturub-durarkın çox əziyyət çəkir. Bu gün məhkəmədə özü dedi ki, dəfələrlə yıxılmaq təhlükəsi ilə üzləşib. Hər iki ayağının diz nahiyyəsində şiş var. Sol ayağının diz qapağında çox güclü ağrılar olur. O özü də, müdaifəçi kimi mən də müraciət edəcəm ki, Bayramlı əl ağacı ilə təmin edilsin”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Gözəl Bayramlı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə dəfə həkim müayinəsindən keçib.

“Həkim də onun ağrılarının şiddətli olmasını və müalicəyə ehtiyac olduğunu bildirib. Həkim deyib ki, müalicə olmasa iki ayadək onun ayaqları tutula bilər. Buna baxmayaraq, Bayramlı nə dərmanlarla, nə də müalicə ilə təmin edilməyib”.

Vəkil deyib ki, Gözəl Bayramlı həbsindən öncə də kəskin osteoartik xəstəliyindən əziyyət çəkib.

“O, Gürcüstana müalicə üçün gedirdi. Üç dəfə üst çənəsindən əməliyyat olunub. Gözəl xanımın qan testlərində leykozların sayı həddindən artıq aşağıdır. O həmçinin bununla bağlı Gürcüstanda müalicə kursu keçirdi. Onda leykoz xəstəliyi yarana bilər. Təcridxanada aparılan həkim müayinəsi zamanı da bunlar təsdiqini tapıb”, Sadıqova bildirib.

XS
SM
MD
LG