Accessibility links

Mehman Hüseynova qarşı iddia üzrə hazırlıq iclası başlayıb [Blogerlə audio-müsahibə]


Mehman Hüseynov
Mehman Hüseynov

Rəsmilər blogeri böhtan atmaq ittihamı ilə cəzalandırlmaq istəyirlər

Fevralın 10-da Bakının Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə bloger Mehman Huseynovun məhkəməsi üzrə hazırlıq iclası başlayıb.

Bloger Mehman Hüseynovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ona qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev verib və Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) məsuliyyətə cəlb olunub cəzalandırılmasını istəyir.

Məhkəmədə Mehman Hüseynov və vəkili Elçin Sadıqov şikayətçinin məhkəməyə gəlməsi və blogerin şəxsiyyətini təsdiq edən səndələrin bir neçə il əvvəl polis tərəfindən alındığı barədə vəsatət qaldırıb.

“Mən məhkəməyə bildirdim ki, şəxsiyyətimi təsdiq edən hər hansı sənədim yoxdur. Əvvəlcə mənim doğrudan da Mehman Hüsaeynov olduğumu məhkəmə təsdiq etməlidir. Bu səbəbdən ilk öncə sənədlərim polisdən tələb edilməlidir”, o qeyd edib.

Hüseynov həmçinin iddia ilə tanış olmadığını və məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib.

Məhkəmənin hazırlıq iclası fevralın 17-nə, saat 10.30-dək təxirə salınıb.

Mehman Hüseynov tənqidçi blogerdir. Onun səhifəsinin 103.391 nəfər daimi izləyicisi var. Bloger son aylarda yüksək vəzifəli məmurların, deputaların, o cümlədən bəzi nazirlərin villaları, sarayları, ervlərindəki bahalı mebellər, çil-çıraqlar və sairə ilə bağlı videolar yayıb. Bu videolar tez bir zamanda populyarlaşıb, ictimai müzakirələrin mövzularına çevrilib. Videolara yüz minlərlə insan baxıb.

Bu videolar yayıldıqdan sonra, 2017-ci il yanvarın 9-da Mehman Hüseynov saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yayıb.

Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev hesab edir ki, bloğer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atır.

Daxili İşlər Nazirliyi blogerin dediklərini təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG