Accessibility links

Keçmiş MTN generalına 14 il həbs verilib


Məhkəmə
Məhkəmə

Aprelin 23-də Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev isə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin iş üzrə təqsirləndirilən Natavan Mürvətovaya 5 il şərti cəza verilib, Elşad Əzizov, Eşqin Əliyev və Anar Şirəliyevin hər biri 3 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum ediliblər.

Dövlət ittihamçısı məhkəmədən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Həmçinin prokuror təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.

O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.

Müttəhimlər 2015-ci ilin oktyabrında keçmiş MTN rəhbəri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra həbs edilib. Onlar fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG