Accessibility links

Məhkəmə NİDA-çı gəncə 10 il həbs verib (Yenilənib) [Video]


Məhkəmə NİDA-çı gəncə 10 il həbs verib
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Gənc fəal məhkəmənin qərarını sifariş hesab edir

“Bayram Məmmədov heç bir cinayət törətməyib. O, ancaq qanunsuzluğa və özbaşınalığa etiraz olaraq Heydər Əliyevin abidəsini yazıb”, - vəkil bildirib.

B.Məmmədovdan tələb ediblər ki, abidənin önündə üzr istəsin və peşman olması ilə bağlı televiziyada çıxış etsin. “Əgər bunu etsəydi, məhkəmə olmazdı”, vəkil vurğulayıb.

Məmmədovun özü bildirib ki, ona işgəncə verərək abidənin önündə üzr istəməsini tələb ediblər.

“Mən fanatik azadlıq aşiqiyəm. Azərbaycanda “vətənpərvərlik”lə bağlı yanlış fikir formalaşıb ki, bu da özünü Heydər və İlham Əliyevlərə xidmətdə göstərir. Ancaq vətənpərvərlik Heydər Əliyev aeroportu, Heydər Əliyev prospekti, Heydər Əliyev Fondu deyil. Əgər bunlar vətənpərvərlikdirsə, mən vətən xainiyəm”, B.Məmmədov vurğulayıb.

Hakim Eynulla Vəliyev müttəhimin sözünü kəsmək istəyib, ancaq baş tutmayıb.

AXCP lideri Əli Kərimli hiddətlənərək məhkəməni müttəhimin sərbəst çıxışına imkan yaratmağa çağırıb.

Müsavat Partiyasının keçmiş rəhbəri İsa Qəmbər rişxəndlə deyib ki, “bundansa hakim son sözdən imtina etsəydi daha yaxşı olardı”.

Sonra müttəhim deyib: “Biz sübut etdik ki, Heydər Əliyev büt deyil. Biz bu bütü dağıtdıq. Biz öz əqidəmizə görə həbsə gedirik. Bundan sonra 10 may Heydər Əliyevin doğum günü kimi yox, onun abidəsinin üzərində “qul bayramı”nın yazıldığı gün kimi qeyd olunacaq. Mən peşman deyiləm. Bu heykəli yaza bilməsəydim də, o biri heykəllərə yazacaqdım “İlham, atandan muğayat ol”, B.Məmmədov bildirib.

Hakim yenidən onun sözünü kəsib. Məhkəmə məşvərətə gedib. B.Məmmədovun əllərini dərhal qandallayıblar.

Hökm oxunan zaman B.Məmmədov arxasını məhkəməyə çevirib. Bu zaman zal onu alqışlayıb.

İclasdan sonra əlliyə yaxın fəal məhkəmənin binası önündə “Bayrama və Qiyasa azadlıq” şüarı səsləndirib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində "NİDA" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.

NİDA Vətəndaş Hərəkatının fəalları B.Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Gənc fəallar məhkəmədə deyib ki, Heydər Əliyevin doğum günündə onun abidəsinə "Qul bayramınız mübarək!" yazdığına görə həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG