Accessibility links

Sabiq xarici iqtisadi əlaqələr nazirinin həbs müddəti iki ay uzadılıb


Həbs
Həbs
Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.

Vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib ki, qərar oktyabrın 1-də Səbail Rayon Məhkəməsində istintaq orqanının N.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə vəsatəti əsasında verilib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Nicat Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək bu il avqustun 7-də həbs edilib.

N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.

Sabiq nazir bundan öncə 2005-ci il oktyabrın 19-da da həbs edilib.O vaxt ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG