Accessibility links

Jurnalist Pərviz Həşimlinin həbs müddəti daha 3 ay uzadılıb [Video]


Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb
Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb

Jurnalistin şikayəti təmin edilməyib

Məhkəmə Pərviz Həşimlini həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Noyabrın 7-də Səbail rayon məhkəməsində Nurəddin Bağırovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimlinin məhkəmə sanksiyası olmadan bu nəşrlərin ofislərində axtarış aparılmasının qanunsuz elan edilməsi haqqında ərizəsinə baxılıb.

Jurnalistin şikayəti təmin edilməyib. Bundan başqa, məhkəmədə jurnalistin həbs müddətinin 3 ay uzadılması məsələsi yaranıb.

Məhkəmə istintaqın vəsatətini təmin edib.

“Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının redaktoru, Siyasi və Vətəndaş hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli sentyabrın 17-də həbs edilib.

Ona qarşı 206.3.2 (əvvəlcədə əlbir olmuş bir qrup şəxs tərəfindən silah və döyüş sursatları qaçaqmalçılığı) və 228.2.1-ci (əvvəlcədə əlbir olmuş bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlama) maddələrlə ittiham irəli sürülüb. Həşimli ittihamları təkzib edir və siyasi motivlərlə təqib edildiyini hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG