Accessibility links

Dövlət ittihamçısı hüquq müdafiəçisi Emil Məmmədova iki il şərti cəza istəyib


Emil Məmmədov
Emil Məmmədov

Hüquq müdafiəçisinin vəkili məhkəmədən onun barəsində bəraət istəyib

Sentyabrın 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə iclasında dövlət ittihamçısı çıxış edib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə dövlət ittihamçısı hər iki müttəhimin – E.Məmmədovun və “Demokratiyya Yardım” qeyri-hökumət təşkilatının üzvü Tofiq Qasımovun cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmamasını istəyib.

O, müttəhimlərin şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif edib.

E.Məmmədovun vəkilləri məhkəmədən ona bəraət verilməsini xahiş ediblər.

T.Qasımovun vəkili prokurorun çıxışından razı qalıb.

Bu gün saat 17:00-da müttəhimlər çıxış edəcəklər.

E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.

E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır.

XS
SM
MD
LG