Accessibility links

Xədicə İsmayılova: MTN-nin vətəndaşa böhtan atdığı ölkədə yaşayırıq [Video]


Xədicə İsmayıl: MTN-nin ölkə vətəndaşına böhtan atdığı ölkədə yaşayırıq
please wait

No media source currently available

0:00 0:04:14 0:00

Xədicə İsmayılova: MTN-nin vətəndaşa böhtan atdığı ölkədə yaşayırıq

Hakim növbəti prosesi oktyabrın 13-nə təyin edib

Bu gün Binəqədi rayon Məhkəməsində Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə iclas davam edib.

Keçmiş KXCP fəalı Elman Həsənov jurnalisti böhtanda, şərəf və ləyaqətinin təhqir edilməsində ittiham edir. İddiaçının versiyasına görə, jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması barədə məxfi sənədini yayıb.

İsmayılova Amerikanın Səsinə bildirib ki, bu günki iclasda hakim MTN-dən İsmayılovanın Həsənov haqqında iki mətn yayması, sonradan dərhal silməsi haqqında sənəd daxil olduğunu elan edib.

MTN-in məktubunda tarix kimi 9 oktyabr göstərilir.

İsmayılova həmin gün prosesin saat 17:00-da başa çatdığına diqqət çəkir. Belə çıxır ki, məhkəmə operativ olaraq MTN-ə sorğu göndərib və dərhal cavab alıb.

İsmayılova qeyd edib ki, MTN-in məktubunda jurnalistin Həsənovun adı keçən mətn yaymasının heç bir sübutu yoxdur. “MTN-nin vətəndaşa böhtan atdığı ölkədə yaşayırıq".

O, bildirib ki, ondan əvvəl Həsənovun adı qeyd edilməklə, Mustafa Kozlu adlı istifadəçi bu mətni yayıb. Jurnalist isə Həsənovun adını silib.

Hakim növbəti prosesi oktyabrın 13-nə təyin edib. Lakin İsmayılova xarici səfəri ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirib. Bundan başqa, onun vəkili Elton Quliyev başqa prosesdə olacaq.

XS
SM
MD
LG